Məhkəmə qərarları › İş №3(020)-487/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-487/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-487/2024 24.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu Örənqala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 iyun 2024-cü il tarixdə, saat 12:30-da Beyləqan rayon Örənqala qəsəbəsi ərazisində saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 iyun 2024-cü il tarixdə saat 12:30-da Beyləqan rayon Pş-nin əməliyyat müvəkkili polis kapitanı X3 xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsiyyətin müəyyən etmişlər. Şəxsin Beyləqan rayon Örənqala qəsəbə sakini Şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra Şəxs polis şöbəsinə dəvət edilmiş, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Beyləqan rayon MX-na aparılaraq ondan götürülmüş sidik nümunəsində narkotik tərkibli maddə marixuana aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, bir neçə gün öncə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş, 24 iyun 2024-cü il tarixdə saat 09:00-da azad edilərək, məhkəməyə gətirilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, hərdən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində yaşadığı Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərək özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. O, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 12:30dan məhkəməyə gətirilənədək polis şöbəsində olmuşdur.Əməlindən peşmandır, üçüncü qrup əlildir və iki azyaşlı uşağı var. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin NMQ-nin əməliyyat müəkkili polis kapitanı P.Süleymanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da narkotik vasitənin təsiri altında olduğu üçün Beyləqan rayon PŞ-nə gətirilmişdir. İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar