Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-488/2024 24.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Masallı rayonu Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olan,Laçın rayonu Daşbulaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 23 iyun 2024-cü il tarixdə saat 20:50 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində uca səslə ünvansız nalayiq söyüşlər söyməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 23 iyun 2024cü il tarixdə saat 20:50 radələrində Beyləqan rayonu Mil qəsəbəsində uca səslə ünvansız nalayiq söyüşlər söyməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 23 iyun 2024-cü il tarixdə saat 20:50 radələrində Beyləqan rayonu Mil qəsəbəsində yerləşən kafelərdən birində yemək yeyən zaman spirtli içki qəbul etmiş və spirtli içkinin təsirindən sərxoş olmuşdur. Bundan sonra sərxoş halda özündə olmadığından küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və onu polis şöbəsinə gətirmişlər. Oğlu hal-hazırda hərbi xidmətdədir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə nalayiq sözlər işlətdiyini eşidərək həmin şəxsə yaxınlaşmış və özünü təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs sərxoş vəziyyətdə olduğundan özündə olmamış və öz hərəkətlərinə davam etmişdir. Ona görə də həmin şəxsi rayon PŞnə gətirərək NH-yə təhvil vermişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, Şəxs tanımır, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. 23 iyun 2024-cü il tarixdə saat 20:50 radələrində yaşadığı Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yeləşən kafelərin birinin qarşısında olan zaman bir nəfər şəxsin kafedən çıxan zaman sərxoş halda uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bu zaman qəsəbə ərazisndə xidmətdə olan iki nəfər polis əməkdaşı həmin şəxsə yaxınlaşaraq onunla söhbət etdikdən sona həmin şəxsi xidməti avtomobilə mindirərək aparmışlar. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2024-cü il tarixli, 459 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunan zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-488/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-488/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver