Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-489/2024 24.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-133/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 29 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş Ramal və xx.xx.2014-cü ildə anadan olan Kamal adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. Maddi imkanı olmadığından icra sənədi üzrə alimentdən heç bir ödəniş etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs ilə bir neçə dəfə telefonla danışaraq toplanan aliment borcunu hissə-hissə ödəməsi üçün razılığa gəlmək istəmiş, lakin Zərərçəkmiş şəxs icra sənədi üzrə toplanmış aliment borcunu ondan tam olaraq tələb etmişdir. Beyləqan rayon İcra şöbəsinin icra məmuru tərəfindən ona məxsus mobil telefona çağırış məktubu göndərilərək icra şöbəsinə dəvət olunmuş, könüllü olaraq icra şöbəsinə gəlməmişdir. Bu gün rayon PŞ-nin əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində də izahat verərəkən bildirmişdir ki, icra sənədi üzrə alimenti hal-hazırda tam olaraq ödəməyə maddi imkanı çatmır. Ona vaxt verilərsə icra sənədi üzrə göstərilən 340 manat alimenti ödəyən zaman yaranmış aliment borcundan hər ay 50 manat ödəyəcəkdir. Lakin tələbkar borcun tam olaraq ödənilməsini tələb etdiyindən icra məmuru barəsində protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-133/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 29 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş Ramal və xx.xx.2014-cü ildə anadan olan Kamal adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə alimentdən heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra Şəxs icra sənədini ödəməkdən boyun qaçırdığına görə barəsində axtarış qərarı verilərək icrası üçün rayon PŞ-nə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hər ay alimenti ödədikdə borcundan da 50 manat ödəyə biləcəyini bildirmişdir. Tələbkar isə bu cür ödəniş üsulu ilə razılaşmır, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-133/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 29 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş Ramal və xx.xx.2014-cü ildə anadan olan Kamal adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 170 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 iyun 2024-cü il tarixdən, saat 18:45-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-489/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-489/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver