Məhkəmə qərarları › İş №3(020)-49/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-49/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-49/2024 22.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1953-cü ildə Kürdəmir rayonu, Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, Allahyarlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Allahyarlı kəndi ərazisində yerləşən çöl torpaq sahəsində həmkəndlisi X6 ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Rafiq Əsədovu döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində 5 ha torpaq sahəsində yerləşən ferması vardır. Həmin fermada 120 baş xırdabuynuzlu heyvanı, 2 baş iribuynuzlu heyvan saxlayır. X2 da onun fermasının qonşuluğunda ferması vardır. Fermanın olduğu torpaq sahəsindən Rafiqin fermasına işıq xətti keçir, həmin işıq xətti torpaq sahəsinin üzərində olan 4 ədəd işıq dirəyi vasitəsilə Rafiqin fermasına çəkilmişdir. Həmin işıq xətti üzəri açıq olan alminium xətlər vasitəsilə fermaya çəkilmişdir. Buna görə dəfələrlə həmin xətlərin qırılaraq yerinə ziyan vura bilməsinə görə Rafiqə etiraz etmişdir. Əvvəllər də həmin xətlərdə olan problemə görə fermaya gedən işıq xəttində də qısa qapanma baş vermişdir. Sonuncu dəfə də xx.xx.2023-cü il tarixdə axşam saatlarında külək əsmiş və Rafiqin fermasına gedən işıq xətti qırılmışdır. xx.xx.2023-cü il tarixdə işıq xəttinin birləşdiyi trasformatorun yanına getdikdə Rafiq onunla mübahisə etmiş, ferması ilə işıq xətti çəkməməsini demişdir. Həmin vaxt Rafiqlə aralarında söz ilə mübahisə yaranmış və bir birlərinin yaxasından tutaraq şəkişmişlər. lakin o, Rafiqi döyməmiş və Rafiqin ünvanına söyüş söyməmişdir. Rafiq işıq dirəyinə görə onun barəsində bu cür yalan məlumat vermişdir. Aralarında baş vermiş mübahisə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində çöl torpaq sahəsində baş vermişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində 2 ha torpaq sahəsində yerləşən ferması vardır. Həmin fermada 40 baş xırdabuynuzlu heyvan, 13 baş iribuynuzlu heyvan saxlayır. Şəxs da onun fermasının qonşuluğunda ferması vardır. Həmin fermanın ərazisində torpaq sahəsinə işıq xətti gəlir. Həmin işıq xətti Eyvazın fermasında olan işıq dirəkləri ilə sahəyə gəlmişdir. Eyvazın fermasının torpaq sahəsində 4 ədəd işıq dirəyi vardır. Eyvaz sahəsinə işıq xəttinin gəlməsini istəmir və buna icazə vermir. Belə ki, xx.xx.2023-cü il tarixə qədər fermaya işıq gəlmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında külək əsdiyindən fermaya gedən işıq xətti qırılmışdır. xx.xx.2023-cü il tarixdə işıq dirəyi ilə fermaya gələrkən işıq xəttini təmir etmək üçün Eyvazın fermasına getdikdə Eyvaz etiraz edərək “sizə öz yerimdən işıq vermirəm” deyərək Eyvaz onu söyüb təhqir etmişdir. Üzərinə gələrək yaxasından tutmuş və yumruq ilə onun sifət nahiyyəsindən vurmuşdur. Buna görə Beyləqan rayon Polis Şöbəsinə gələrək bu barədə şikayət etmişdir. Hadisə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində baş vermişdir. Şəxs vurmamışdır. Mübahisə zamanı onları Eyvazın oğlu Rövşən aralamışdır. Hadisə zamanı onu işıq idarəsinin işçiləri uzaqdan görmüşlər. Hazırda Şəxslə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Allahyarlı kəndi ərazisində həmkəndlisi X6 ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Rafiq Əsədovu döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərərçəkmiş şəxs X4 dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 23 dekabr 2023-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X2 adına verilmiş 05 dekabr 2023-cü il tarixli, 892/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1978ci il təvəllüdlü X1 qaş nahiyəsində qançır aşkar edilmişdir ki, həmin xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də zərərçəkmiş şəxs X2 izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı X5 fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Rafiq Əsədovu döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Şəxs Rafiq Əsədovu döyməməsi barədə məhkəməyə verdiyi izahatı özünü müdafiə xarakteri dayışır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar