Məhkəmə qərarları › İş №3(020)-49/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-49/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-49/2025 22.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon X9 X10 daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Kamaz 53212” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində hərəkət zolağına çıxan zaman idarəetməni itirərək X2 etibarnamə əsasında idarə etdiyi və Zərərçəkmiş şəxs məxsus “Priora” minik markalı, **- KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(020)-49/2025 saylı qərardadı ilə inzibati xəta haqqında material Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı, 332.1-ci maddələrinə dair hissədə Beyləqan Rayon PŞ-nə qaytarılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan X6 DİN-nin “102 xidmətinə” və Beyləqan rayon Polis Şöbəsinə eyni məzmunlu ərizə ilə müraciət edərək, Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu 1-ci Şahsevən kəndindən keçən hissəsində özünə məxsus “Priora” markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman “Kamaz” markalı avtomobilin onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin sol yan hissəsindən vuraraq hadisə yerindən uzaqlaşması barədə məlumat vermişdir. Məlumatla bağlı Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 yanvar 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 327.1-ci, 327.6-cı, 332.1ci və 332.4-cü maddələri ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 327.1-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 327.1-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Kamaz 53212” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Horadiz-Bəhramtəpə yolunun Beyləqan rayonu 1-ci Şahsevən kəndindən keçən hissəsində yolun hərəkət zolağına çıxarkən idarəetməni itirmiş və hərəkətdə olan digər avtomobilin yoluna çıxaraq “Priora” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobili neçə metr “Kamaz” markalı nəqliyyat vasitəsinin qarşısında sürümüşdür. Bundan sonra isə hadisə yerindən uzaqlaşmışdır. Toqquşma zamanı xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus avtomobilə dəymiş zərər onun idarə etdiyi yük avtomobilinin sığorta şirkəti tərəfindən qarşılanacaqdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ona məxsus “Priora” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə baş verən zaman oğlu X6 idarə etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 3770 manat maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 03 yanvar 2025-ci il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 327.1-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddələrinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X2 adına verilmiş 11 dekabr 2024-cü il tarixli, 840/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1993-cü il təvəllüdlü X3 döş qəfəsinin yumuşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerinə dəyməsi nəticəsində əmələ gələ bilərdə və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə xx.xx.2024-cü il tarixli, AA064 nömrəli qiymətləndirmə aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi, Zərərçəkmiş şəxs məxsus “Priora” minik markalı, **-KJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə 3770 (üç min yeddi yüz yetmiş) manat maddi ziyan dəymişdir. BDYPİ-nin Ağcabədi RQİ və TBŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Priora” minik markalı, **-KJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdır. xx.xx.2024-cü il tarixli etibarnamənin surətin görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan **-KJ-*** dövlət dövlət qeydiyyat nişanlı, “Priora” minik markalı avtomobilin idarə edilməsi X5 etibar edilmişdir. Etibarnamə xx.xx.2031-ci il tarixə qədər etibarlıdır. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs idarə etdiyi “Kamaz 53212” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində hərəkət zolağına çıxan zaman idarəetməni itirərək X2 etibarnamə əsasında idarə etdiyi “Priora” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində üç azyaşlı uşağı var. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, tərəflərin iş materiallarında olan izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki Şəxs sözügedən nəqliyyat vasitəsini etibarnamə olmadan və sürücülük hüququ olmadan idarə etmişdir. İdarəetmə zamanı isə yol nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində X2 idarə etdiyi, Zərərçəkmiş şəxs məxsus “Priora” minik markalı, **-KJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə 3770 (üç min yeddi yüz yetmiş) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində üç azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir və ağırlaşdıran hal isə müəyyən etməmişdir. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar