Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-490/2025 22.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Beyləqan rayonunun, Tatalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsili, işləməyən, Beyləqan rayonunun, Tatalılar kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən N.M.Mahmudlu tərtib etdiyi inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, yaşadığı Beyləqan rayonunun, Tatalılar kəndinin ərazisində qeyri-rəsmi olaraq öz istifadəsində olan torpaq sahəsində yaşayış evi inşa etmək məqsədilə 17 iyul 2025-ci il tarixdə hasarlanma işlərini həyata keçirməyə başlamış və ustalar təxminən 2-3 daş hündürlüyündə hasarı qaldırdıqları zaman rayon polis şöbəsinin əməkdaşları onun yanına gələrək, gördüyün işin qanunsuz olduğunu deyib, dərhal sonlandırmasını tələb etmişlər. O da həmin vaxt işi dayandırmış, lakin səhəri gün Beyləqan Rayon İcra Hakimiyyətinə bununla bağlı müraciət etmiş və oradan işini davam etdirə biləcəyi cavabını aldıqdan sonra yenidən tikintini davam etdirməyə başlamışdır. 20 iyul 2025-ci il tarixdə saat 21 radələrində rayon polis şöbəsinin əməkdaşları bir daha onun yanına gəlib, qanunsuz işini davam etdirməsi səbəbilə izahatının alınması üçün polis şöbəsinə getməsini demişlər. O, heç bir söz demədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gətirilmiş və izahatı alındıqdan sonra barəsnidə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərrib olunmaqla inzibati qaydada tutulmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis şöbəsinin əməkdaşları X1, X8, X9, X3 və X4 eyni məzmunlu izahat verərək 20 iyul 2025-ci il tarixdə saat 20:30 radələrində verilmiş göstərişə uyğun olaraq, Şəxs qanunsuz tikinti işlərini həyata keçirdiyi Beyləqan rayonunun, Tatalılar kəndinə getmişlər. Orada sonuncuya işləri dərhal dayandıraraq onlarla birlikdə rayon polis şöbəsinə getməsini bildirmişlər o da razılaşaraq polis əməkdaşları ilə birlikdə getmişdir. Şahidlər Şəxs dəvət olunduğu zaman heç bir söz demədən və heç bir narazılıq etmədən onlarla birlikdə getdiyini qeyd etmişlər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəmə iclasında Şəxs verdiyi izahat və şahid qismində dindirilmiş M.B.Abdullazadə, L.S.Lətifov, S.E.Buhbudlu, M.B.Əlizadə və N.İ.Əliyevin verdirləri ifadələrdən məlum olur ki, Şəxs 20 iyul 2025-ci il tarixdə onu rayon polis şöbəsinə davat etmək üçün gəlmiş polis əməkdaşlarının heç bir tələblərinə qarşı çıxmamış, heç bir narazılıq etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. İXM-in 535.1-ci maddəsinin təbiətindən görünür ki, hər hansı bir şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini icra etiyi anda onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə aparılmış araşdırmadan isə görünür ki, Şəxs 20 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icrası zamanı verilmiş bütün tələblərə tam şəkildə tabe olmuşdur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə sonuncu barəsində tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-490/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-490/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver