Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-493/2024 29.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində uca səslə ünvansız nalayiq ifadələr işlətməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 28 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində uca səslə ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində sərxoş vəziyyətdə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində küçədə yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin həmin vaxt sərxoş vəziyyətdə olduğundan özündə olmadığına görə polis əməkdaşlarına məhəl qoymamış və yenidən ünvansız nalayiq ifadələr işlətmişdir. Ona görə də polis əməkdaşları onu rayon PŞ-nə gətirmişlər. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol vermiyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində RPŞ-nin NMQnin əməliyyat müvəkkili polis kapitanı X4 ilə Beyləqan rayon Mil qəsəbəsində xidmətdə olan zaman bir nəfər şəxsin kənd ərazisində ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini eşidib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizm-intizama dəvət etmişlər. Lakin həmin şəxs sərxoş vəziyyətdə olduğundan onlara məhəl qoymamışdır. Ona görə də həmin şəxsi RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. PŞ-də həmin şəxsin Füzuli rayonu Dilağardı kənd sakini Şəxs olduğu məlum olmuşdur. Hadisə zamanı kənd mərkəzində bir neçə kənd sakini olmuş və Şəxs hərəkətləri orada olan sakinlərin narahatçılığına səbəb olmuşdur. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı X1 rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X8 ilə eyni məzmunda ifadə verərək Z.Hacıyevin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və ilk dəfə olaraq inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-493/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-493/2024
29.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver