Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-496/2024 01.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Şahsevən kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndinin mərkəzində səs-küy salaraq uca səslə ünvansız nalayiq söyüşlər söymüş, bu zaman ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin polis sahə rəisi X1 ıtərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində olan zaman əsəbi vəziyyətdə olduğundan kəndin mərkəzində ucadan ünvansız ifadələr işlətmişdir. Həmin vaxtı mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək onu nizamintizama dəvət etmişlər, lakin əsəbi vəziyyətdə olduğundan polislərə məhəl qoymamış və hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşları onu rayon PŞ-nə gətirmişlər. O, vərəm xəstəsidir və 2-ci qrup əlildir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində cərimə ilə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X2 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində Beyləqan rayon PŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru X3 ilə birlikdə Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində xidmətdə olduqları zaman bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini eşidərək həmin şəxsə yaxınlaşmışlar. Özlərini həmin şəxsə təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirərək yenidən ucadan nalayiq ifadələr işlətmişdir. Ona görə də həmin şəxsi rayon PŞnə gətirərək NH-yə təhvil vermişlər. Polis şöbəsində araşdırma aparılarkən həmin şəxsin rayonun 1-ci Şahsevən kənd sakini Şəxs olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru X3 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X2 ilə eyni məzmunda ifadə verərək İlkin Əkbərovun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndinin mərkəzində səsküy salaraq uca səslə ünvansız nalayiq söyüşlər söyərək ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına gpörə Beyləqan rayon PŞ-nə gətirilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022013 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində ilk dəfə AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmasını məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-496/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-496/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver