Məhkəmə qərarları › İş №3(020)-498/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-498/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-498/2024 02.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonu Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 01 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Beyləqan Beyləqan rayon 1-ci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, təsadüfi vaxtlarda narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində olan zaman əsəbi vəziyyətdə olduğundan küçədə uca səslə danışıdığına görə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərək özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində özünü şübhəli apardığına görə Beyləqan rayon mərkəzi xəstəxanasından həkim narkoloq dəvət ediilmiş və o, həmin gün saat 13 radələrində sidikdən analiz vermişdir. Analizin cavablarında onun narkotik vasitə olan marixuanadan istifadə etməsi təsdiq olunmuşdur. O, həmin narkotik vasitəni təxminən 2 ay bundan əvvəl istifadə etmişdir. Əməlindən peşmandır, iki azyaşlı uşağı var. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X7 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində digər polis əməkdaşı Beyləqan rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı X2 ilə Beyləqan rayon 1-ci şahsevən xidmətdə olan zaman bir nəfər şəxsin küçədə ucadan ünvansız söyüşlər söydüyünü görərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onlara məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Ona görə də həmin şəxsi Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu məlum olmuş və aparılan tibbi müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı X1 rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X7 ilə eyni məzmunda ifadə verərək İ.Əkbərovun ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müəkkili polis baş leytenantı İlkin Əkbərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs 01 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Beyləqan Beyləqan rayon 1-ci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş və həmin gün saat 13 radələrində muayinə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 13:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar