Məhkəmə qərarları › İş №3(020)-499/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-499/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-499/2023 19.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs, İnzibati xəta əməlindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Beyləqan rayonu Beyləqan rayonu 1-ci Şahsevən kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək onu döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs əvvəldən tanıyır, onun həmkəndlisi və qonşusudur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında yerləşən küçəyə çıxmışdır. Həmin vaxtı Mahmudla küçədə qarşılaşmışlar. Mahmud ona oğlu Ayxanı tərbiyə etməsini bildirmişdir. O, Mahmuddan məsələni soruşan zaman, Mahmud ona oğlu Ayxanın məhəllə ərazisində Azəri söyməsini bildirmişdir. O, Mahmuda oğlu Ayxan haqqında düzgün danışmasını bildirən zaman Mahmud onun boğaz nahiyəsindən tutmuş, o, da Mahmudun boğazından tutaraq yaxalaşmışlar. Bu zaman oğlu Ayxan mübahisəni görüb onların yanına gələrək onları aralamaq istəyən zaman Mahmud yumruqla Ayxanın baş nahiyəsindən, daşla isə sol çiyin nahiyəsindən vuraraq oğlunu döymüş, o, da əsəbləşərək Mahmudun baldır nahiyəsinə təpiklə vurmuşdur. Hadisə zamanı onların mübahisəsini oğlundan başqa heçkəs görməmişdir. Həmçinin bildirdi ki, hal-hazırda Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır. X4 əvvəldən tanıyır, onun həmkəndlisi və qonşusudur, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. X5 isə onun əmioğlusudur. 2022-ci il tarixdən Azərlə Mehdi arasında ədavət yaranmışdır. Mehdi Hüseynov xx.xx.2023-cü il tarixdə saat 17 radələrində istifadəsində olan mobil nömrəyə zəng edərək, onun özü və ailəsi haqqında nəlayiq ifadələr işlətmiş, onun ünvanına gələcəyini demişdir. Təxminən 30 dəqiqə sonra Mehdi yaşadığı evin qarşısına gələrək onu səsləmişdir. O, evin qarşısına çıxan zaman Mehdi təpiklə onun qarın və ayaq nahiyəsindən vuraraq onu döyməyə başlamışdır. O, dərhal yaşadığı evin həyətinə daxil olmuş və mübahisələri başa çatmışdır. Baş vermiş mübahisə zamanı o, Mehdini və oğlu Ayxanı döyməmiş, aralarında baş verən mübahisəni ətrafda başqa görən şəxslərin olmamış, həmçinin aralarında baş verən mübahisə 3-5 dəqiqə davam etmişdir. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Beyləqan rayonu Beyləqan rayonu 1-ci Şahsevən kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək onu döymüşdür. İşdə olan 17 aprel 2023-cü il tarixli 253/23 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 17 aprel 2023-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol bud nahiyəsində qançır olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələr bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 27 aprel 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs və X2 мцраъиятləri əsasında təhqiqatçı, полис baş лейтенанты X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTBnə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ondan üzr istədiyini, Şəxsla barışdıqlarını və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Şəxs özünü törətdiyi əmələ görə təqsirli bilmiş, məhkəməyə ərizə verərək zərəçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının 157ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərər çəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar