Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-5/2023 20.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, xx xxxxx 1964-cü ildə İmişli rayonu, Əliqullar kəndində anadan olmuş, orta təhsilli,ailəli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonunun Sarı Su kəndində qeydiyyatda olan və yaşayan X2 barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-533/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən çıxarılmış icra sənədinə əsasən X1 torpaq alqı-satqısı üçün ödənilmiş 6200 manat, dəymiş zərərə görə 7.743,44 manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 182.50 manat və dövlət rüsumu kimi ödənilmiş 15 manat alınaraq X4 verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu X3 icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu X5 ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati protokol tərtib edilən şəxs X3 və Beyləqan rayon İcra və probasiya şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, X1 torpaq alqı-satqısı üçün ödənilmiş 6200 manat, dəymiş zərərə görə 7.743,44 manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 182.50 manat və dövlət rüsumu kimi ödənilmiş 15 manat alınaraq X4 verilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan rayon məhkəməsinin 3(020)- 884/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində olan inzibati xəta haqqında işin icraatı X2 verdiyi şikayətə baxılıb yekun qərar verilənədək dayandırılmışdır. İnzibati Xətala Məcəlləsinin 53.0.6.-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən X2 barəsində inzibati materialın məhkəməyə daxil olmasından bir ildən artıq müddət keçdiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 38.5, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta barədə iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-5/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-5/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver