Məhkəmə qərarları › İş №3(020)-51/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-51/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-51/2025 24.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X4, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iştirakları ilə xx.xx.1992-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan şəhəri, E.Fərzəlizadə küçəsi ev 11-də qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X16 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Qaz 24” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun-YQK yolunun 30-cu kilometrliyində hərəkətdə olarkən sol hərəkət zolağında geridən gələn nəqliyyat vasitəsinin olub-olmadığına diqqət yetirmədən sağ yoldan sola çıxan zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(020)-51/2025 saylı qərardadı ilə inibati xəta haqqında material Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə olan hissədə Beyləqan Rayon PŞ-nə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X6 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə X3 həkimi Şakir Babayev telefon vasitəsi ilə Beyləqan RPŞ-nə məlumat verərək X5 boyunun, sağ çiyinin və bel nahiyyəsinin küt travması, X7 ön baldırın ön hissəsinin küt travması, X1 çiyin, hər iki, hər iki diz nahiyəsində küt travması, Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması xəsarətləri ilə RMX-na müraciət etmələrini bildirmişdir. Məlumatla bağlı Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 noyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 327.1-ci, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Qaz 24” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun-YQK yolunun Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman geridən hər hansı bir avtomobilin gəlib-gəlmədiyinə fikir vermədən sağ yoldan sol yola keçən zaman “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Lakin həmin avtomobilin hadisə zamanı “Vaz 21214” minik markalı avtomobilin sürücüsü və avtomobilin 3 nəfər sərnişini müxtəlif dərəcəli yüngül bədən xəsarətləri almışdır. Avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs məxsus “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri ödəməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində özünə məxsus “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonunda Ağcabədi rayonuna gedən zaman Beyləqan rayonu Şəfəq qəsəbəsi ərazisində hərəkətdə olarkən “Qaz 24” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən Şəfəq qəsəbəsinə dönmək istəyərkən onun idarə etdiyi avtomobillə toqquşmuşdur. “Qaz 24” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə əməliyyatı edən zaman dönmə işıq siqnallarını yandırmamış, həmçinin o, dönmə əməliyyatı edən zaman aralarındakı məsafə 15-20 metr olduğundan qəzanın qarşısını ala bilməmişdir. Hadisə zamanı ona məxsus avtomobildə 3 nəfər sərnişin olmuş, həmin sərnişinlər yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Avtomobilinə dəymiş maddi zərər Şəxs tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələrinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 22 oktyabr 2024-cü il tarixli, 737/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin yumşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerinə dəyməsi nəticəsində əmələ gələ bilərdə və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs idarə etdiyi “Qaz 24” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun-YQK yolunun 30-cu kilometrliyində hərəkətdə olarkən sol hərəkət zolağında geridən gələn nəqliyyat vasitəsinin olub-olmadığına diqqət yetirmədən sağ yoldan sola çıxan zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, tərəflərin iş materiallarında olan izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki Şəxs sözügedən nəqliyyat vasitəsini etibarnamə olmadan və sürücülük hüququ olmadan idarə etmişdir. İdarəetmə zamanı isə yol nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21214” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar