Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-516/2024 03.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Mülki oğlunun iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Beyləqan rayonu, Qarallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, Qarallar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Mülki oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Mülki oğlu 02 iyul 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs Mülki oğlu barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs Mülki oğlu 02 iyul 2024-cü il tarixdə saat 16:30 radələrində Beyləqan rayonu Gödəklər kəndi ərazisində küçə ticarəti ilə məşğul olaraq yol kənarında qarpız satan zaman Polis əməkdaşlarının küçə ticarətinin qadağan olunması barədə onları təlimatlandırmasına etiraz olaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs Mülki oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mülki oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 02 iyul 2024-cü il tarixdə saat 16:30 radələrində Beyləqan rayonu gödəklər kəndi ərazisində yol kənarında qarpız satan zaman Beyləqan rayon PŞ-nin PPXB-nin avtomobili dayanaraq avtomobildən düşən polis əməkdaşı ona küçə ticarətinin qanunsuz olması barədə bildirmiş və satdığı qarpızı oradan yığışdırmağı bildirmişdir. O, polis əməkdaşının ona iradına əsəbləşərək küçədə yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşı onu nizam-intizama dəvət etmişdir. Lakin həmin vaxt əsəbi vəziyyətdə olduğundan özündə olmadığına görə polis əməkdaşlarına məhəl qoymamışdır. Ona görə də polis əməkdaşları onu rayon PŞ-nə gətirmişlər. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol vermiyəcəkdir. Birinci Qarabağ müharibəsi iştirakçısı olması və anasının xərçəng xəstəliyindən əziyyət çəkməsini nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində post yoldaşı polis serjantı X2 ilə birlikdə Beyləqan rayonu Gödəklər kəndi ərazisində xidmətdə olduqları zaman 1 nəfər şəxsin qanunla müəyyən olunmayan yerdə qanunsuz küçə ticarəti ilə məşğul olaraq traktor qoşqusu ilə qarpız satdığını görərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə küçə ticarəti ilə məşğul olmasının inzibati xəta olduğunu bildirərək satdığı qarpızları həmin yerdən yığışdırmasını tələb etmişdir. Lakin həmin şəxs onlara qarşı aqressiv şəkildə satdığı qarpısı oradan yığışdırmayacağını, satmağa davam edəcəyini bildirmişdir. Həmin vaxt başqa bir şəxs onlara yaxınlaşaraq traktor qoşqusunun ona məxsus olduğunu, həmin qarpızları oradan yığışdırmayacağını bildirərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə və onlarla mübahisə etməyə başlamışdır. Onlar həmin şəxsləri nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər öz hərəkətlərinə davam etmişdir. Buna görə də onlar hər iki şəxsin barəsində tədbir görülməsi üçün rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. PŞ-də həmin şəxslərin Şəxs Mülki oğlu və X3 olduqları məlum olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Mülki oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs Mülki oğlunun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs Mülki oğluna inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs Mülki oğlunun törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşmançılıq hissi keçirməsini və müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs Mülki oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Mülki oğluna inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mülki oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-516/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-516/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver