Məhkəmə qərarları › İş №3(020)-520/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-520/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-520/2024 10.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 31 may 2024-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu Örənqala qəsəbəsində keçmiş həyat yoldaşı X4 və keçmiş qaynatası X1 təhqir etmiş və küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 31 may 2024-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu Örənqala qəsəbəsində keçmiş həyat yoldaşı X4 və keçmiş qaynatası X1 təhqir etmiş və küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməklə, xırda xuliqanlıq etmişdir. Hadisədən sonra Beyləqan rayon Örənqala qəsəbə sakini X3 xx.xx.2024-cü il tarixdə DİNnin 102 zəng çağırı mərkəzinə etdiyi müraciətlə əlaqədar olaraq Beyləqan rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X10 tərəfindən aparılmış araşdırmadan sonra qəbul edilmiş 04 iyun 2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqında qərara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cü maddəsinin tərkibi əlamətləri olduğundan İbrahim Soltanovun barəsində inzibati xətaya dair iş üzrə icraat başlanılması məqsədi ilə qəbul edilmiş qərarın surəti Beyləqan rayon Pş-nin İTB-nə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 31 may 2024-cü il tarixdə saat 20 radələrində keçmiş qaynatası X6 Beyləqan rayon Öənqala qəsəbəsində yerləşən evinə gedərək uşaqları ilə görüşmək istəyən zamanı keçmiş həyat yoldaşı Tacirə Quliyeva ona uşaqları ilə görüşməyə imkan verməmiş, bu səbəbdən əsəbləşərək özündən çıxmış və Tacirə Quliyevanın və keçmiş qaynatası Səyyad Quliyevin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra oradan çıxıb getmişdir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol vermiyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində atası X9 məxsus Beyləqan rayonu Örənqala qəsəbəsində yerləşən evdə olan zaman keçmiş həyat yoldaşı onların yaşadığı həyətə gələrək uşaqları ilə görüşən zaman o, həyətə çıxmadığına görə Şəxs evin pəncərəsindən onu çağırıraq ona çölə çıxmasını bildirmişdir. O, çölə çıxmaq istəməyəndə Şəxs onun və atası Səyyad Quliyevin ünvanına ucadan nalayiq ifadələr işlədərək onları təhqir etmidir. Şəxs onları təhqir etməsini yaxınlıqda yaşayan qonşuları eşitmişdir. Şəxs onları söyüb təhqir etdikdən sonra oradan çıxıb getmiş, o, da bu barədə DİN-nin 102 zəng çağırı mərkəzinə zəng edərək məlumat vermişdir. Şəxs etdiyi hərəkət ilk dəfə deyildir. Ayrıldıqları gündən bu günə kimi Şəxs mütəmadi olaraq onların yaşadığı evə gələrək onları narahat edərək nalayiq ifadələrlə təhqir edir. Şəxs hərəkətləri onlarla yanaşı yaxınlıqda yaşayan qonşularında narahatçılığına səbəb olmuşdur. Məhkəmə iclasında şahid X11 digər şahid X8 ilə eyni məzmunda ifadə verərək T.Quliyevanın ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşmançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar