Məhkəmə qərarları › İş №3(020)-525/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-525/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-525/2025 01.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Beyləqan rayon Polis şöbəsinin YHN-i üzrə inispektoru, polis kapitanı X2 barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Adil oğlunun iştirakları ilə, xx xxxxx 1956-ci il tarixdə keçmiş Jdanov rayonu, Komsomol qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 01 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, 14 iyun 2025-ci il tarixdə, saat 10:14 radələrində idarə etdiyi “VAZ-21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan şəhəri, Magistral küçəsində yanacaq doldurma məntəqəsindən yola çıxarkən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ- 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Beyləqan rayonu Polis şöbəsinin YNH-nin inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 01 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin YHN-i üzrə inispektoru, polis kapitanı X2 verdiyi izahatında göstərmişdir ki, 14 iyun 2025-ci il tarixdə, saat 10:14 radələrində Şəxs idarə etdiyi “VAZ-21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan şəhəri, Magistral küçəsində yanacaq doldurma məntəqəsindən yola çıxarkən dayanıb gözləmədən “VAZ-21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin 150 metr məsafədə olduğunu görüb yola çıxmışdır. Nəticədə həmin avtomobil gəlib onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Xəsarət alan olmamışdır. Məhkəmə Yol- Nəqliyyat hadisəsi ekspertizasının 09 iyul 2025-ci il tarixli, 8/1453 saylı rəyinə əsasən hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuş, lakin Şəxs sürücülük hüququ olmadığına görə onun barəsində Azərbaycan Respubliksa İXM-in 332.4-cü maddəsi ilə tərəfindən inzibati xəta hqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta nəzticəsində Zərərçəkmiş şəxs Adil oğlu verdiyi izahatında göstərmişdir ki, 14 iyun 2025-ci il tarixdə, saat 10:14 radələrində idarə etdiyi “VAZ-21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, Magistral küçəsində 70-80 km sürətlə hərəkətdə olarkən yol üstündə olan yanacaq doldurma məntəqəsinə az məsafə qalmış “VAZ-21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən yola çıxıb dayandığını və hərəkət etmədiyini görmüşdür. O, qısa məsafə qaldığına görə avtomobilin saxlanc pedalını sıxsada avtomobil dayanmamış və həmin avtomobilə çırpılmışdır. Xəsarət alan olmamışdır. Məhkəmədən Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, 14 iyun 2025-ci il tarixdə, saat 10:14 radələrində idarə etdiyi “VAZ-21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan şəhəri, Magistral küçəsində yanacaq doldurma məntəqəsindən yola çıxarkən dayanıb gözləmədən “VAZ-21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin 150 metr məsafədə olduğunu görüb yola çıxmışdır. Nəticədə həmin avtomobil gəlib onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Xəsarət alan olmamışdır. Törətdiyi həmin əməldən səmimi peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - Beyləqan RPŞ-nin DYPB tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemi vasitəsilə yoxlanılarkən Şəxs sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 avqust 2025-ci il tarixli protokol və ona əlavə edilmiş hadisə yerinin sxemində göstərilmişdir ki, hadisə Beyləqan şəhəri, Magistral küçəsində asfalt yolun “VAZ-21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqamətdə baş vermişdir. - İş materiallarına əlavə edilmiş Məhkəmə Yol-Nəqliyyat hadisəsi ekspertizasının 09 iyul 2025-ci il tarixli, 8/1453 saylı rəyindən görünür ki, hər iki sürücü hadisənin qarşısını almağa texniki imkanlarıı olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. - 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, ekspert rəyi, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinəəsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, hadisə nəticəsində sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurulmasından ibarət xəsarət alması, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cumaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar