Məhkəmə qərarları › İş №3(020)-526/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-526/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-526/2025 04.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Beyləqan rayon Polis şöbəsinin sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, Beyləqan şəhəri, Qaçaq Nəbi-2 küçəsində qeydiyyatda olamaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RİP) daxil olmuş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs narkotik və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı Beyləqan RPŞ-nin NMQ-ya əməliyyat məlumatı daxil olduğunu, 23 iyun 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin yaşadığı ünvana getdiklərini, həmin əraziyə çatdıqda Şəxs küçədə görərək ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib, onu polis şöbəsinə dəvət edərək gətirmişlər. Buna görə də Beyləqan RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. X4 bildirdi ki, Şəxs az miqdarda narkotik vasitə istehlak etdiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs verdiyi izahatında göstərmişdir ki, o, Xəzər rayonu Maştağa qəsəbəsində yaşayan bacısı Dilarə tərəfindən təşkil edilmiş bir tədbirə getmişdir. Həmin vaxt orada olarkən tanımadığı orta yaşlı bir nəfərin narkotik vasitə olan marixuanadan istifadə etdiyini görüb, həmin şəxsdən isdifadə etdiyi narkotik vasitədən onun da isdifadə etmək isdədiyini bildirmiş və sonuncunun verdiyi narkotik maddəni özünə götürüb, kibrit qutusuna qoyaraq Beyləqan rayonuna gətirmişdir. Həmin vaxtdan da isdifadə etmədiyinə görə cibində gəzdirmişdir. Polis əməkdaşları üzərindəkiləri boşaltmasını söyləyərkən özü cibindən kibrit qutusunu çıxarıb təhvil vermişdir. əməlindən çox peçiman olduğunu qeyd etmişdir. 04 avqust 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Şəxs az miqdarda narkotik vasitə istehlak etmişdir. İş üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsinə, daşınmasına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 2316/2025 saylı, 24 iyun 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs sidik ifrazatında marixuana aşkar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Gəncə Şəhər Narkoloji Dispanserinin 1009 saylı, 24 iyun 2025-ci il tarixli Rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən, Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onunşəxsiyyəti, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsi vəİİ qrup əlil olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cumaddələrinirəhbərtutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 avqust 2025-ci il tarixdən saat 18:05-dan hesablansın Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində Şəxs təyin edilmiş iznibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi tibb müəsisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. İnzibati həbs növündən inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar