Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-528/2024 19.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-345/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Beyləqan rayon məhkəməsinin 2(020)-307/2011 saylı, 08 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş Zəhra və xx.xx.2010-cu ildə anadan olmuş Aminin saxlanılması üçün uşaqların anası X1 ödənilən hər ay hər uşaq 10 (on) manat, cəmi 20 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 115 manat sabit pul məbləğində və qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməklə artırılmışdır. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 345/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan Beyləqan rayon məhkəməsinin 2(020)-307/2011 saylı, 08 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş Zəhra və xx.xx.2010-cu ildə anadan olmuş Aminin saxlanılması üçün uşaqların anası X1 ödənilən hər ay hər uşaq 10 (on) manat, cəmi 20 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 115 manat sabit pul məbləğində və qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməklə artırılmışdır. Barəsində olan icra sənədindən xəbərdardır. Əvvəllər alimenti hər ay ödəmiş, lakin sonradan işdən çıxdığına görə alimenti ödəmək üçün maddi imkanı olmamışdır. Ona görə də icra sənədi üzrə 1380 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon icra şöbəsinə dəvət olunaraq icra sənədi üzrə yaranmış aliment borcunu ödəməsi tələb olunmuş, icra şöbəsində də izahat verərəkən bildirmişdir ki, icra sənədi üzrə alimenti hal-hazırda tam olaraq ödəməyə maddi imkanı çatmır. Ona vaxt verilərsə icra sənədi üzrə 1380 manat aliment borcunu hər ay alimentlə birlikdə hissə ödəyəcəkdir. Himayəsində xəstə anası vardır. Həmçinin fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı xəstə anassının dərmanına və gündəlik dolanışığına sərf edir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-345/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Beyləqan rayon məhkəməsinin 2(020)-307/2011 saylı, 08 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş Zəhra və xx.xx.2010-cu ildə anadan olmuş Aminin saxlanılması üçün uşaqların anası X1 ödənilən hər ay hər uşaq 10 (on) manat, cəmi 20 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 115 manat sabit pul məbləğində və qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməklə artırılmışdır. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 1380 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını, himayəsində xəstə anası olduğuna görə əldə etdiyi qazancı anasının dərmanlarına verdiyini bildirmişdir. Həmçinin ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hər ay alimenti ödədikdə borcundan da hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tələbkar isə bu cür ödəniş üsulu ilə razılaşmır, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-345/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Beyləqan rayon məhkəməsinin 2(020)-307/2011 saylı, 08 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş Zəhra və xx.xx.2010-cu ildə anadan olmuş Aminin saxlanılması üçün uşaqların anası X1 ödənilən hər ay hər uşaq 10 (on) manat, cəmi 20 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 115 manat sabit pul məbləğində və qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməklə artırılmışdır. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-345/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 19 iyul 2024-cü il tarixdən, saat 17:09-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-528/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-528/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver