Məhkəmə qərarları › İş №3(020)-528/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-528/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-528/2025 04.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X5 iştirakları ilə, 22 avqust 1982-cı il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Beyləqan RİP) daxil olmuş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Rüstəmov X3 rayonu 1 saylı Notariat Kontorunin 8i-4815 nömrəli, 26 iyun 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Beyləqan RİP-nin rəisi X5 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Beyləqan RİP-nin rəisi X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan RİP-nin rəisi X8 verdiyi izahatında göstərmişdir ki, Beyləqan rayonu 1 saylı Notariat Kontorunin 8i-4815 nömrəli, 26 iyun 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) 15000 manat pul məbləği və 25 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədi üzrə 27 iyun 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, borcluya həmin qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi göndərmişdir. Borclu tələbkara aliment borcundan ümumiyyətlə ödəniş etmədiyinə görə o, borcluya iş üzrə icra sənədini 10 gün ərzində tam icra etməli olduğu, əks halda barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə şəxsən imza etdirməklə yazılı qaydada xəbərdarlıq etmişdir. Bununla belə borclu keçən müddət ərzində ümumilikdə 1600 manat məbləğində ödəniş etmiş və qalan 13400 manat məbləğində borcunu ödəməmişdir. Bu hal tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Beləliklə, borclu onun iş üzrə icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 04 avqust 2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində X7 adlı avtomobil ticarəti ilə məşğul olan tanıdığı şəxs satmaq üçün “Kia Sorento” markalı avtomobil gətirmişdir. Bundan bir müddət əvvəl isə tanışı Elşən Namazov ona Fərid Calalovun satmaq üçün avtomobil gətirəcəyi təqdirdə ona məlumat verməsini deməsini xatırlayıb, bu barədə ona bildirmişdir. 10 may 2022-ci il tarixdə Elşən Namazov onun mobil telefon nömrəsinə zəng edib, həmin avtomobilin satış qiymətini öyrənməsini istəmiş və o da öyrənərək, gerı yığıb 17000 manat olduğunu bildirmişdir. Həmin vaxt heç bir söz deməsə də, bir müddət sonra Elşən Namazov onun mobil telefon nömrəsinə zəng edib, evlərinə getməsini və həyat yoldaşı Gülnardan deyilən məbləği götürməsini və avtomobili almaq məqsədilə Fərid Calalova verməsini söyləmişdir. O da deyilən kimi pulu götürərək, aparıb sonuncuya təhvil vermişdir. Bundan sonra isə Elşən Namazov avtomobili Fərid Calalovdan özü götürmüş və avtomobili addan ada keçirtmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişlər. Vaxt az olduğu üçün maşın orda qalmış və bir neçə gün maşın orda qaldıqdan sonra Fərid Calalov şəriki X6 ilə birlikdə Elşən Namazovun xəbəri olmadan avtomobili ordan aparmışlar. Yəni, qeyd olunanlarda onun heç bir günahının olmadığını deyərək, lakin bu barədə icra qeydi olduğuna görə təqdim etdiyi siyahı üzrə 1600 manat ödədiyini və qalan məbləği də hissə-hissə ödəyəcəyini deyib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Beyləqan RİP-nin icra məmuru Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini 10 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 avqust 2025-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar