Məhkəmə qərarları › İş №3(020)-529/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-529/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-529/2024 22.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi bina 24, mənzil 38-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci -maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X8 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1407/2022 nömrəli qətnaməsi əsasən X6 və Şəxs 960,00 manat dəyərində 12 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 510,00 manat dəyərində 6 qram çəkidə 585 əyarlı 1 ədəd qolbağı, 153.00 manat dəyərində 1,8 qram çəkidə 585 əyarlı 1 ədəd qolbağı, 714,00 manat dəyərində qram çəkidə 585 əyarlı 1 cüt adi qaşlı sırğa, 476,00 manat dəyərində 5,6 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı sırğa, 663,00 manat dəyərində 7,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı üzük, 493,00 manat dəyərində 5,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı üzük, 323,00 manat dəyərində 3,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı boyunbağı, 323,00 manat dəyərində 3,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı üzük, 862,40 manat dəyərində 1 ədəd künc divan, 492,80manat dəyərində dəst(1/6) stol-stul, 233,20 manat dəyərində 1 ədəd termo, 809,60 manat dəyərində 1 ədəd şifoner, 79,20 manat dəyərində 2 ədəd tumba, 281,60 manat dəyərində 1 ədəd iki nəfərlik taxt, 145,20manat dəyərində 1 ədəd bir nəfərlik taxt, 303,60 manat dəyərində 1 ədəd komod, 127,60 manat dəyərində 1 ədəd televizor altı, 862,40 manat dəyərində 1 ədəd künc divan, 492,80 manat dəyərində dəst(1/6) stol-stul, 233,20 manat dəyərində 1 ədəd termo, 809,60 manat dəyərində 1 ədəd şifoner, 79,20 manat dəyərində 2 ədəd tumba, 281,60 manat dəyərində 1 ədəd iki nəfərlik taxt, 145,20 manat dəyərində 1 ədəd bir nəfərlik taxt, 303,60 manat dəyərində 1 ədəd komod, 127,60 manat dəyərində 1 ədəd televizor altı, 260,00 manat dəyərində 1 dəst 18 person (yemək) serviz dəsti, 6,60 manat dəyərində 6 ədəd şüşə çay stəkanı, 14,40 manat dəyərində 12 ədəd sadə armudu stəkan, 9,60 manat dəyərində nəlbəki, 15,00 manat dəyərində 6 ədəd xrustal armudu stəkan, 32,00 manat dəyərində 2 ədəd sadə vaza, 25,00 manat dəyərində 1 ədəd üç yaruslu şirniyyat qabı, 134,40 manat dəyərində 48 ədəd 24 nəfərlik boşqab, 36,00 manat dəyərində qazan dəsti(1/5), 25,00 manat dəyərində qazan dəsti (1/4), 21,60 manat dəyərində 12 ədəd xörək qaşığı, 21,60 manat dəyərində12 ədəd çəngəl, 14,40 manat dəyərində12 ədəd çay qaşığı, 18,00 manat dəyərində 1 ədəd xrustal (1/6) bokal, 24,00 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 10,00 manat dəyərində 2 ədəd sadə qənd qabı, 36,00 manat dəyərində 1 dəst bagema (1/6) qrafin dəsti, 8,00 manat dəyərində 1 ədəd çömçə naboru (1/6) , 14,00 manat dəyərində 1 ədəd bıçaq (1/12), 12,00 manat dəyərində 1 ədəd aşsüzən, 22,00 manat dəyərində 1 ədəd dəmir ləyən, 48,00 manat dəyərində 4 ədəd plasmass ləyən, 54,00 manat dəyərində 3 ədəd məcməyi, 32,00 manat dəyərində 2 dəst sadə 1/6 bakal, 12,00 manat dəyərində 1 ədəd zibilqabı, 16,00 manat dəyərində 1 ədəd paltar asılan, 7,20 manat dəyərində 12 ədəd paltar sancağı, 34,20 manat dəyərində 1 ədəd ütü,117,80 manat dəyərində 1 ədəd çörək bişirən, 64,60 manat dəyərində 1 ədəd altı gözlü çilçiraq, 19,00 manat dəyərində 1 ədəd naçnik, 418,00 manat dəyərində 1 ədəd televizor, 440,80 manat dəyərində 1 ədəd 5kq paltaryuyan, 136,50 manat dəyərində 1 ədəd (2 x 3) m xalça, 21,84 manat dəyərində 6 ədəd çay dəsmalı, 100,10 manat dəyərində 5 ədəd iki nəfərlik yataq dəsti, 87,36 manat dəyərində 6 ədəd məhraba (can), 43,68 manat dəyərində 6 ədəd əl üz məhrəba, 43,68 manat dəyərində 4 ədəd kiçik yastıq, 45,50 manat dəyərində 1 ədəd böyük odeyal, 20,02 manat dəyərində 1 ədəd slikon yorğan, 318,50 manat dəyərində 2 ədəd pərdə dəsti, 68,25 manat dəyərində 3ədəd süfrə, 77,35 manat dəyərində 1 ədəd iki nəfərlik taxt örtüyü, 81,90 manat dəyərində 2 ədəd bir adamlıq yorğan, 50,05 manat dəyərində 1 ədəd iki adamlıq yorğan, 40,04 manat dəyərində 2 ədəd yastıq və 81,90 manat dəyərində 2 ədəd tək nəfərlik döşək həmin əmlaklar olmadıqda onların dəyəri 11106,48 (on bir min yüz altı manat qırx səkkiz qəpik) manat, qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 165 (yüz altmış beş) manat və və dövlət rüsumu üçün ödənilmiş 175 (yüz yetmiş beş) manat alınıb X1 verilməsi qət edilmişdir. İcra sənədində qeyd olunan əmlakların yararlı olanlarından bir qismi tələbkar Gülçin Şərifovaya qaytarılmış, lakin ümumi dəyəri 3400 (üç min dörd yüz) manat olan əşya qaytarılmamışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1407/2022 nömrəli icra sənədi ilə bağlı X2 və Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin X6 və Şəxs hazırkı günə kimi heç bir ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Axtarış qərarından sonra Kəmalə Aağyeva özü könüllü olaraq icra şöbəsinə gəlmiş və icra sənədi üzrə qalan tələbi təmin etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1407/2022 nömrəli icra sənədinin Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraatında olmasından xəbəri olmamış, Belə ki, tələbin könüllü icrası barədə bildiriş ona icra şöbəsinə gəldiyi gün, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. O, barəsində olan icra işinin Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatında olmasından xx.xx.2024-cü il tarixdə icra şöbəsinə gəldikdən sonra xəbər tutmuşdur. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1407/2022 nömrəli icra sənədindən görünür ki, X6 və Şəxs 960,00 manat dəyərində 12 qram çəkidə 585 əyarlı 1 ədəd boyunbağı, 510,00 manat dəyərində 6 qram çəkidə 585 əyarlı 1 ədəd qolbağı, 153.00 manat dəyərində 1,8 qram çəkidə 585 əyarlı 1 ədəd qolbağı, 714,00 manat dəyərində qram çəkidə 585 əyarlı 1 cüt adi qaşlı sırğa, 476,00 manat dəyərində 5,6 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı sırğa, 663,00 manat dəyərində 7,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı üzük, 493,00 manat dəyərində 5,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı üzük, 323,00 manat dəyərində 3,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı boyunbağı, 323,00 manat dəyərində 3,8 qram çəkidə 585 əyarlı 1 ədəd adi qaşlı üzük, 862,40 manat dəyərində 1 ədəd künc divan, 492,80manat dəyərində dəst(1/6) stol-stul, 233,20 manat dəyərində 1 ədəd termo, 809,60 manat dəyərində 1 ədəd şifoner, 79,20 manat dəyərində 2 ədəd tumba, 281,60 manat dəyərində 1 ədəd iki nəfərlik taxt, 145,20manat dəyərində 1 ədəd bir nəfərlik taxt, 303,60 manat dəyərində 1 ədəd komod, 127,60 manat dəyərində 1 ədəd televizor altı, 862,40 manat dəyərində 1 ədəd künc divan, 492,80 manat dəyərində dəst(1/6) stol-stul, 233,20 manat dəyərində 1 ədəd termo, 809,60 manat dəyərində 1 ədəd şifoner, 79,20 manat dəyərində 2 ədəd tumba, 281,60 manat dəyərində 1 ədəd iki nəfərlik taxt, 145,20 manat dəyərində 1 ədəd bir nəfərlik taxt, 303,60 manat dəyərində 1 ədəd komod, 127,60 manat dəyərində 1 ədəd televizor altı, 260,00 manat dəyərində 1 dəst 18 person (yemək) serviz dəsti, 6,60 manat dəyərində 6 ədəd şüşə çay stəkanı, 14,40 manat dəyərində 12 ədəd sadə armudu stəkan, 9,60 manat dəyərində nəlbəki, 15,00 manat dəyərində 6 ədəd xrustal armudu stəkan, 32,00 manat dəyərində 2 ədəd sadə vaza, 25,00 manat dəyərində 1 ədəd üç yaruslu şirniyyat qabı, 134,40 manat dəyərində 48 ədəd 24 nəfərlik boşqab, 36,00 manat dəyərində qazan dəsti(1/5), 25,00 manat dəyərində qazan dəsti (1/4), 21,60 manat dəyərində 12 ədəd xörək qaşığı, 21,60 manat dəyərində12 ədəd çəngəl, 14,40 manat dəyərində12 ədəd çay qaşığı, 18,00 manat dəyərində 1 ədəd xrustal (1/6) bokal, 24,00 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 10,00 manat dəyərində 2 ədəd sadə qənd qabı, 36,00 manat dəyərində 1 dəst bagema (1/6) qrafin dəsti, 8,00 manat dəyərində 1 ədəd çömçə naboru (1/6) , 14,00 manat dəyərində 1 ədəd bıçaq (1/12), 12,00 manat dəyərində 1 ədəd aşsüzən, 22,00 manat dəyərində 1 ədəd dəmir ləyən, 48,00 manat dəyərində 4 ədəd plasmass ləyən, 54,00 manat dəyərində 3 ədəd məcməyi, 32,00 manat dəyərində 2 dəst sadə 1/6 bakal, 12,00 manat dəyərində 1 ədəd zibilqabı, 16,00 manat dəyərində 1 ədəd paltar asılan, 7,20 manat dəyərində 12 ədəd paltar sancağı, 34,20 manat dəyərində 1 ədəd ütü,117,80 manat dəyərində 1 ədəd çörək bişirən, 64,60 manat dəyərində 1 ədəd altı gözlü çilçiraq, 19,00 manat dəyərində 1 ədəd naçnik, 418,00 manat dəyərində 1 ədəd televizor, 440,80 manat dəyərində 1 ədəd 5kq paltaryuyan, 136,50 manat dəyərində 1 ədəd (2 x 3) m xalça, 21,84 manat dəyərində 6 ədəd çay dəsmalı, 100,10 manat dəyərində 5 ədəd iki nəfərlik yataq dəsti, 87,36 manat dəyərində 6 ədəd məhraba (can), 43,68 manat dəyərində 6 ədəd əl üz məhrəba, 43,68 manat dəyərində 4 ədəd kiçik yastıq, 45,50 manat dəyərində 1 ədəd böyük odeyal, 20,02 manat dəyərində 1 ədəd slikon yorğan, 318,50 manat dəyərində 2 ədəd pərdə dəsti, 68,25 manat dəyərində 3ədəd süfrə, 77,35 manat dəyərində 1 ədəd iki nəfərlik taxt örtüyü, 81,90 manat dəyərində 2 ədəd bir adamlıq yorğan, 50,05 manat dəyərində 1 ədəd iki adamlıq yorğan, 40,04 manat dəyərində 2 ədəd yastıq və 81,90 manat dəyərində 2 ədəd tək nəfərlik döşək həmin əmlaklar olmadıqda onların dəyəri 11106,48 (on bir min yüz altı manat qırx səkkiz qəpik) manat, qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 165 (yüz altmış beş) manat və və dövlət rüsumu üçün ödənilmiş 175 (yüz yetmiş beş) manat alınıb X1 verilməsi qət edilmişdir. Suraxanı rayonu İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 1407/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmış və könüllü icra barədə bildiriş X3 göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağayeva X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1407/2022 nömrəli icra sənədi üzrə qalan borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1407/2022 nömrəli icra sənədi üzrə Şəxs qalan borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında məhkəmə icra işininin Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatında olduğundan xəbərsiz olduğunu, ona tələbin könüllü icrası ilə bağlı bildiriş verilmədiyini, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Həmçinin iş materiallarında olan tələbin könüllü icrası ilə bağlı bildirişin Şəxs göndərilməsi ilə bağlı sənəd aşkar edilməmiş və icra məmuru tərəfindən məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirilmişdir ki, borclu ilk dəfə olaraq xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsində olmuş və ona həmin gün könüllü icra barədə bildiriş təqdim edilmişdir. Qeyd edilənlər isə Şəxs icra sənədinin icrasından boyun qaçırmadığını sübut edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar