Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-53/2023 09.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-607/2022 saylı, 06 may 2022ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli müqvilə üzrə 2 ədəd “Samsung Galaxy A51” markalı telefon üçün 1455.60 manat ödənilməmiş hissə, 145.40 manat cərimə olmaqla cəmi 1601 manat və 36.01 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-607/2022 saylı, 06 may 2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2021-ci il tarixli müqvilə üzrə 2 ədəd “Samsung Galaxy A51” markalı telefon üçün 1455.60 manat ödənilməmiş hissə, 145.40 manat cərimə olmaqla cəmi 1601 manat və 36.01 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədi üzrə olan tələbi yerinə yetirilməsi tələb edilmişdir. maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcunu ödəyə bilmir. Vətən müharibəsi iştirakçısıdır, dövlət tərəfindən aylıq 80 manat veteran pulu alır. Aldığı puldan hər ay 50 manat olaraq icra sənədi üzrə borcuna ödəmək imkanı çatır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-607/2022 saylı, 06 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli müqvilə üzrə 2 ədəd “Samsung Galaxy A51” markalı telefon üçün 1455.60 manat ödənilməmiş hissə, 145.40 manat cərimə olmaqla cəmi 1601 manat və 36.01 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə tələbi təmin etməkdən imtina etmiş, nəticədə icra sənədi bu günədək icrasız qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmiş, Şəxs polis tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclu Mübariz İbrahimovun izahatı alınmış, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə tələbi təmin etməli olduğu bildirilmişdir. Lakin Şəxs maddi imkanı olmadığına görə icra sənədini icra etməyəcəyini bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-607/2022 saylı, 06 may 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli müqvilə üzrə 2 ədəd “Samsung Galaxy A51” markalı telefon üçün 1455.60 manat ödənilməmiş hissə, 145.40 manat cərimə olmaqla cəmi 1601 manat və 36.01 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da icra sənədi üzrə tələbi təmin etməməsini, tələbkarların borcun ödənilməsində israrlı olmasını,vətən müharibəsi iştirakçısı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-53/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-53/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver