Məhkəmə qərarları › İş №3(020)-534/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-534/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-534/2024 24.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kaöitanı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Azpetrol” YDM-də operator işləyən, Beyləqan rayonu Yeni Mil qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X8 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21011” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə hərəkətdə olan zaman dönmə işıq nişanından istifadə etməmiş və X1 idarə etdiyi “X9” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı X2 məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kapitanı X5 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21011” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə hərəkətdə olan zaman dönmə işıq nişanından istifadə etməmiş və X1 idarə etdiyi “X9” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisədən xəbərdar olduqdan sonra yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş və şəhər təhlükəsizlik kameralarına baxış keçilmişdir. Şəhər təhlükəsizlik kameralarına baxış keçirilən zaman hər iki avtomobilin sürücüsünün manevr edən zaman dönmə işıq siqnallarından istifadə etmədiyi aşkar olunmuş və hər iki avtomobilin sürücüsnün barəsində qanunamuvafiq tədbirlər görülmüşdür. Araşdırma zamanı Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü ildə, saat 19:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi etdiyi “Vaz 21011” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə hərəkətdə olan zaman dönmə işıq nişanından istifadə etməmiş və X1 idarə etdiyi “X9” minik markalı, **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Əməlindən peşmandır, himayəsində 6 aylıq uşağının olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Vaz 21011” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Mamedov X4 şəhəri magistral küçəsində “Vaz 21011” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan dönmə işıq siqnallarından istifadə etmədən manevr edərkən hərəkətdə olan “X9” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoş vəxiyyətdə olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi haqqında 22 iyul 2024-cü il tarixli, 087 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “X9” minik markalı, **-KY- *** dövlət qeydiyyat nişanlı avtomobilə 290 (iki yüz doxsan) manat maddi ziyan dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1- ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1- ci maddəsinə əsasən məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində 6 aylıq uşağının olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar