Məhkəmə qərarları › İş №3(020)-535/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-535/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-535/2025 11.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş qızının sədrliyi, Quliyev Zaur Qulu qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1970-ci ildə Beyləqan rayonu Mil qəsəbəsində anadan olan, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, Müəyyən etdim: Məhkəmənin icraatına Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu Mil qəsəbəsində küçədə uca səslə ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, ikinci qrup əlildir. Belə ki, o, qızı Aytac Süleymanzadə, oğlu Xaliq Süleymanov və yeznəsi Sübhan Ağayevlə birlikə Beyləqan-Daşburun yolunun Mil qəsəbəsindən keçən hissəsində 3 ədəd taxatadan polka quraraq həmin polkalarda üzüm satırlar. xx.xx.2025-ci il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq qeyd edilən taxta polkalarını yol kənarından yığışdırmağı onlara xəbərdarlıq etmişlər və bildirmişlər ki, onlar qanunsuz küçə ticarəti ilə məşğul olduqlarına görə 80 manat məbləğində cərimə olunacaqlar. Bu zaman o, polis əməkdaşlarına onlardan başqa şəxslərində yol kənarında taxtadan polka qurub üzüm satdığını bildirmiş və polislərin onlara tutduğu irada öz etirazını bildirmişdir. Bu zaman polis əməkdaşları ilə mübahisə etmiş və mübaisə zamanı əsəbləşdiyindən özündən aslı olmayaraq küçədə ünvansız nalayiq ifadə işlətmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirmişlər. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı X6 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində xidmətdə olan zaman yolun asfalt hissəsində bir neçə şəxsin qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək pzoduqları qanun pozuntusunu izah edib, küçə alverini yığışdırmaqlarını, ilk dəfə bu xətaya yol verdikləri üçün xəbərdarlıq edəcəklərini, lakin davam edəcəkləri təqdirdə barəsində qanunamüvafiq tədbir görklərini bildirmişlər. Lakin vətəndaşlar onlara tutulan iradları səmimi qəbul etməmiş, adları sonradan onlara məlum olan Şəxs və X3 onlarla mübahisə edərək küçədə ünvansız olaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Bu səbəbdən də həmin şəxsləri xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirərək NH-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı X1 rayon PŞ-nin PPXB-nin polis serjantı X6 ilə eyni məzmunda izahat verərərək X4 izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu Mil qəsəbəsində küçədə uca səslə ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı Ramin Yunusov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu Mil qəsəbəsində küçədə uca səslə ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu muayinəyə dair malumatın verilməsi haqqında çıxarışdan görünür ki, Şəxs kinci dərəcəli əlildir. Şəxs küçədə ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ikinci qrup əlil olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar