Məhkəmə qərarları › İş №3(020)-537/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-537/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-537/2024 25.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonu Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu Bünyadlı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayon Bünyadlı kəndi ərazisində saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı (THC) qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 10 iyul 2024-cü il tarixdə saat 18 radələrində Beyləqan rayon PŞ-nin əməliyyat müvəkkili polis kapitanı X4 xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsin şəxsiyyətin müəyyən etmişlər. Şəxsin Beyləqan rayon Bünyadlı kənd sakini Şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra Şəxs polis şöbəsinə dəvət edilmiş, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Beyləqan rayon MX-nin həkim narkoloqu Fazil azadovun iştirakı ilə rayon PŞ-də “EXCEL” markalı, THC22100523” nömrəli narkotest vasitəsi ilə ondan götürülmüş sidik nümunəsində narkotik tərkibli maddə marixuana (THC) aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, bir neçə gün öncə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, hərdən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı Beyləqan rayonu Bünyadlı kəndi ərazisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərək özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə dəvət olunmuş həkim-narkoloq Fazil Azadovun iştirakı ilə ondan götürülmüş sidik nümunəsində narkotik tərkibli maddə marixuana aşkar edilmişdir. O, polis şöbəsində də öz əməlini etiraf edərək bir neçə gün öncə tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan marixuanadan istifadə etdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X4 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayonu Bünyadlı kəndində Beyləqan rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Peyman Süleymanovla birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ünvansız nalayiq ifadələr işlədərk özünü şübhəli apardığından onlar həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişlər və həmin şəxsdən sənədlərini təqdim etməsini tələb etmişlər. Lakin həmin şəxs şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmiş və həmin vaxt şəxsin danışığında rabitəsizlik və hədsiz həyəcanlı olduğunu görüb onunla söhbət etməyə başladıqda həmin şəxs narkotik vasitə olan qurudulmuş marixuanna istifadə etdiyi bildirdi. Bundan sonra onlar həmin şəxsi rayon PŞ-nə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Beyləqan rayon Bünyadlı kənd sakini Şəxsdur. Həmin gün Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu X2 iştirakı ilə rayon PŞ-də “EXCEL” markalı, “THC22100523” nömrəli narkotest vasitəsi ilə Şəxs test etmişlər və Şəxs götürülmüş sidik, nümunəsindən bəlli olmuşdur ki, o, narkotik maddə hesab olunan qurudulmuş marixuanna istifadəçisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı P.Süleymanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində narkotik vasitənin təsiri altında olduğu üçün Beyləqan rayon PŞ-nə gətirilmişdir. İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs özünü tam təqsirli bilərək törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar