Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-537/2025 11.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan rayon Polis .öbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 09 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 09 avqust 2025-ci il tarixdə Beyləqan rayonunun, Mil qəsəbəsində magistral yolun kənarında qanunsuz küçə ticarəti ilə məşğul olarkən, buna son qoyulması barədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 09 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X10 tərtib etdiyi 09 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, o, 09 avqust 2025-ci il tarixdə Beyləqan-Daşburun yolunun kənarında icazəsi olmadan üzüm satarkən polis əməkdaşlarının ona yaxınlaşaraq qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmamağı və üzümləri taxta rəfləri ilə birlikdə yığışdırmalı olduğunu xəbərdarlıq etmişlər. Lakin o, artıq satılmamış üzümünün az çəkidə qaldığını və yaş məhsul olduğuna görə xarab olacağını və məcburən çölə atmalı olacağını deyərək, ona qısa müddət vaxt verilməsini xahiş etmişdir. Buna baxmayaraq, polis əməkdaşları ona dərhal yığışdırmalı olduğunu bir daha bildirsələr də, o, digərləri kimi etiraz etmişdir. Üç azyaşlı uşağının olduğunu və onları dolandırmaq üçün fəhlə kimi işlədiyini, lakin maddi imkanının çox zəif olması səbəbindən bəzi vaxtlarda da üzüm satdığını deyərək, əməlindən çox peşiman olduğunu və bir daha belə bir halın təkrarlanmayacağını bildirib, məhkəmədən barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin Post Patrul Xidmət Bölüyünün polis serjantı X19 izahatında göstərmişdir ki, o, 09 avqust 2025-ci il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsi ərzisində polis əməkdaşları Məhəmməd Məhəmmədov və Lətif Məmmədovla birlikdə xidmətdə olarkən magistral yolun kənarında adlarını sonradan bildikləri X4, X1, Şəxs, Şəxs və Şəxs üzüm sataraq qanunsuz küçə ticarəti ilə məşğul olduqlarını görüb, İnzibati Xətalar Məcəlləsinə əsasən 80 manat məbləğində cərimə olunacaqlarını bildirmişlər. Həmin şəxslər onlarla razılaşmadıqları və mübahisə etdiklərin üçün əlavə olaraq polis əməkdaşları Tural Qarazadə, Ramin Yunusov, Samir Fəhimi, Şəmşir Nərimanlı və Zamin Mirzəyev, Nicat Şəmşirli və Teymur Hüseynovu həmin yerə çağırılmışlar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələrdə Arif, Sübahan və Xaliq polisin qanuni tələbinə tabe olmayaraq, intizamsız hərəkətlərini təkrar olaraq davam etdilər. Həmin şəxslər izahatlarının alınması məqsədilə polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilsələrdə gəlməkdən imtina etdiklərinə görə onları polis şöbəsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin əməkdaşları, polis mayoru X13, polis baş serjantı X14, polis serjantı X15 və polis serjantı X6 A.R.Abbasovla eyni məzmunlu izahatlar verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Beyləqan rayon polis şöbəsinin PPXB-nin polis serjantı Ramin Yunusov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 09 avqust 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə post yoldaşı Tural Qarayevlə birlikdə Beyləqan rayonunun, Mil qəsəbəsində xidmətdə olarkən əsas yolun asfalt hissəsində bir neçə şəxsin qanunsuz küçə ticarəti ilə məşğul olduqlarını görüb, onlara bunun qanunsuz olduğunu deyərək, dərhal yığışdırmalarını bildirmişlər, lakin orada olan X4, X2, X7, Şəxs və X16 onların ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Qeyd olunan səbəblərdən əlavə kömək gəldikdən sonra vətəndaşları rayon polis şöbəsinə dəvət edib növbətçi hissəyə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona həmin Məcəllənin 34.3 və 31.4- 1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-537/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-537/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver