Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-540/2024 08.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi Şikayət vermiş X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və həmin qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 qanunsuz qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin üzrlü səbəbdən buraxılmasına dair ərizəni nəzərə alıb, buraxılmış müddətin bərpasına köməklik edilməsini xahiş etmişdir. Buraxılmış prosesual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol MN №1764522-i kim yazıb, harada yazıb ona məlüm deyil, yazı şər-böhtandır. Həmin protokol xx.xx.2023-cü il tarixdə ona göndərilmişdir. Protokol tərtib edilərkən onun imzası və iltizamı olmamışdır. 24 noyabr 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqına MN №1440781 nömrəli qərara qəbul edilmiş, ona vaxtında göndərilməmişdir. Bundan başqa o, nə qədər cəhd etsə də, vaxtında barəsində yazılanları ala bilməmişdir. 03 iyun 2024-cü il tarixdə 24 noyabr 2023-cü il tarixli MN1440781 nömrəli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında olan qərarın 25 iyun 2024-cü il tarixdə əldə etmiş və məhkəməyə şikayət vermişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı onun günahı olmadan gecikdirilmişdir, yəni lazımi sənədləri vaxtında əldə edə bilməmişdir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, ona qərar xx.xx.2023-cü il tarixdə, yəni gec göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 22 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilən zaman iştirak etmişdir. Eyni zamanda məhkəməyə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar şikayətçiyə sifarişli poçt göndərişi əsasında göndərilmişdir. Göstərilənlərə əsasən qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan ötürüldüyünə görə X4 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa olunmasına” dair vəsatət təmin edilməməli, şikayət ərizəsinə baxılmaqdan imtina edilməlidir. Belə ki, məhkəmə iclasına inzibati xəta haqqında işin araşdırılması zaman müəyyən olundu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, Ç-BM/4823-303 nömrəli məktubundan görünür ki, sonuncuya barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol göndərilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, Ç-BM/4823-332 nömrəli məktubdan görünür ki, X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti göndərilmişdir. Məhkəmə iclası zamanı da X4 həmin qərarı xx.xx.2023-cü il tarixdə aldığını qeyd etmişdir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci maddəsinə əsasən, Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada şikayətçi X2 verilmiş hesab edilməlidir. İXM-nin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından şikayətçi sözügedən qərarı xx.xx.2023-cü il tarixə kimi mübahisələndirməli olduğu halda, inzibati tənbehvermə haqqında qərardan şikayət 7 ay sonra məhkəmənin icraatına daxil olmuşdur. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsində göstərilir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında şikayətçi X4 inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesual müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməməli, buraxılmış prosessual müddət bərpa edilməməli və şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin. X4 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməsin. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-540/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-540/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver