Məhkəmə qərarları › İş №3(020)-546/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-546/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-546/2023 05.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən ondan 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə 5440 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya Şöbəsinə çağırılmış, icra şöbəsinə gəlmişdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün dolanışığına sərf edir. Hazırda icra sənədi üzrə aliment borcunu ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. Borclu Şəxs barəsində icra sənədi üzrə icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə aliment borcundan bu günədək heç bir ödəniş etməmiş, nəticədə icra sənəd üzrə 5440 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmiş, Şəxs icra şöbəsində izahat verərək aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənəd üzrə olan aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 iyun 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar