Məhkəmə qərarları › İş №3(020)-549/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-549/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-549/2025 25.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin rəisi X3 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Beyləqan rаyоnu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "X6" MMC-də yardımçı fəhlə işləyən, Beyləqan rаyоnu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bеyləqаn rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Bеyləqаn RİPŞ) daxil olmuş 25 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Bеyləqаn Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda borclu Şəxs (bundan sonra - borclu) Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli icra vərəqəsi əsasında ümumilikdə 12635,96 manat məbləğində pulu üzrsüz səbəbdən ödəmədiyi göstərilmişdir. Məhkəmə iclasında Beyləqan RİPŞ-nin rəisi X4 verdiyi izahatında bildirmişdir ki, həmin icra sənədi üzrə icra məmuru X5 icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Eyni zamanda borclunun hazırda tələbkara ümumilikdə 12635,96 manat məbləğində borcu qalmışdır. Borclunun tələbkara həmin pul məbləğini birdəfəlik tamamilə ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Lakin, borclu hazırda işlədiyini, tələbkara olan borcunun əmək haqqından tutulmasını istədiyini dediyinə görə, qeyd olunan borc məbləği 21 avqust 2025-ci il tarixdə rəsmi olaraq onun əmək haqqına yönəldilmişdir. Eyni zamanda borclu icra və probasiya şöbəsi tərəfindən verilmiş xəbərdarlığı aldığı gün şöbəyə gəlmiş və məhkəmə qətnaməsi əsasında borcunun olduğunu bildiyini demiş, lakin həmin vaxt maddi imkanının olmaması səbəbindən ödəyə bilmədiyini desə də hazırda onun rəsmi iş yeri var və borc məbləği də onun əmək haqqına yönəldilmişdir. Borc məbləğinin birdəfəlik ödənilməsinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclunun barəsində 25 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra məmuru protokolu müdafiə etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, onun tələbkar Zərərçəkmiş şəxs məhkəmənin qətnaməsi üzrə 12635,96 manat məbləğində borcu vardır. O, maddi imkanının zəif olduğunu, lakin hazırda işlədiyini və həmin borcun əmək haqqından tutulmasını istədiyini icra məmuruna bildirdiyini və bundan sonra borc məbləğinin onun əmək haqqına rəsmi qaydada yönəldildiyini demişdir. Eyni zamanda o, tələbkar Zərərçəkmiş şəxs hər ay 243 manat məbləğində aliment ödədiyini bildirmişdir. Lakin, buna baxmayaraq, həmin borc məbləğini hissə-hissə olmaqla tam şəkildə icra edəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs E.F.Nağıyev əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Beyləqan RİPŞ-nin rəisi A.Ə.Quliyev məhkəmə iclasında verdiyi izahatında göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 528.1-cimaddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İXM-in qeyd olunan maddəsinin təbiətindən görünür ki, 528.1-ci maddənin tətbiq olunmasında əsas məqsəd məhkəmə qətnaməsinin icrasının təmin edilməsinə yönəlmişdir. İcra məmuru tərəfindən verilmiş qanuni tələb də məhz qətnamənin icrasını özündə ehtiva edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə görə icra sənədinin borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərilməsi, icra sənədinin aidiyyəti üzrə göndərilmiş hesab edilməsidir. Həmin Qanunun 43-cü maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri sayılır. Həmin Qanunun 63.1.3-cü maddəsinə görə tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Qanunun qeyd olunan normalarının tələblərindən görünür ki, borclunun mülkiyyətində hər hansı əmlakının olmaması halında borc məbləğinin onun əmək haqqına yönəldilməsi icranın təmini üsulu kimi öz əksini tapmışdır. İcra və Probasiya şöbəsi tərəfindən görülmüş qanunauyğun tədbirlər nəticəsində borclunun mülkiyyətində əmlakının olmadığı müəyyən edilmişdir. Belə olduğu təqdirdə, borc məbləğinin borclu Şəxs əmək haqqına yönəldilməsi məhz icranın təmininə yönəldilmiş qanunamüvafiq tədbirdir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Tərəflərin izahatlarından görünür ki, borclu icra məmurunun çağrışına vaxtında gəlmiş, borcunun olmasını bildiyini, lakin həmin vaxt üçün maddi imkansızlığı səbəbindən ödəyə bilmədiyini demiş, sonradan işə düzəldiyini və borc məbləğinin onun əmək haqqına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Yəni, borclu Şəxs qanuni tələblərə riayət etmiş və qanunlara əməl etmişdir. Göründüyü kimi E.F.Nağıyev Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədində göstərilmiş pul məbləğini tələbkara ödəməməsi üzrsüz səbəbdən baş verməmişdir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, E.F.Nağıyev əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan RespublikasıİXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərоv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar