Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-550/2024 08.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, "xxxx" MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 5*8.*-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X*i Xidməti Qarabağ regional X* İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyi barəsində İXMin 5*8.*-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN *22920* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X*i Xidməti Qarabağ regional X* İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyi barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN *22920* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məlumatları qeyd edilməmiş, eyni zamanda inzibati xəta haqqında protokolun "xxxx" MMC-nin rəhbəri barəsində tərtib edildiyi qeyd edilmişdir. İXM-nin *00.* və *00.*.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. İXM-nin *8.5-ci maddəsinə əsasən, Bu Məcəllənin *27-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 43.*-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin *57‒*88, *89-*, *89-3.2, *90, *9*.*, *95.*, *96, *97, *98.2, *98.3, 204, 205, 205-*.2, 206– 208, 2**.*, 22*, 227, 229, 232-*, 25*.3, 253-*.*, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.*, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.*, 326, 327.8, 332.4‒332.7, 333, 333-*, 334, 334-*, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.*0, 338- *, 339.2‒339.5, 340.2, 34*, 342.8, 342.9, 343.* – 343.7, 343.9, 343-*.* – 343-*.9, 343- *.**, 349, 35*, 35*-*, 36*, 362-3, 363, 363-*, 363-2, 368‒379, 38*.*‒38*.7, 388‒388- 2, 393-*.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-*, 395.* (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.*-*, 395.*-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 40*‒404, 406‒409, 4*0.3, 4**-*.2, 4*2, 4*3, 428.7, 428.9, 428.*0, 429.0.5, 43*, 432.3, 438.2, 438.3, 440.3, 440-*, 44*, 442, 443.*, 445-*, 448, 449, 45*, 454-*, 456, 459.*, 459.2, 459-*, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.* (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒48*, 482.*, 482-*, 496.2, 499.2, 502‒504, 506‒508, 5*0, 5**, 5*3, 5*5‒5*7-3, 520, 523, 525‒535, 537.*, 538-*, 540.5, 544.*, 547, 549‒554, 558‒56*, 562.*, 562.2, 562-*, 563.2, 567‒569, 57*, 573, 574, 590‒592, 592-*, 594‒596, 598, 599‒602, 602-* (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.*, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Digər tərəfdən, İXM-nin 5*8.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətində deyildir, yalnız qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxslər barəsində tərtib edilmiş olduğu halda məhkəmə tərəfindən baxıla bilər. Lakin hal-hazırki protokolun hüquqi şəxsin, yoxsa onun rəhbəri olan vəzifəli şəxsin barəsində tərtib edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İXM-in *06.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in *06.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in *09.*.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-nin rəhbərliyi barəsində İXM-in 5*8.*-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN *22920* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in *06 və *09-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin rəhbərliyi barəsində İXM-in 5*8.*-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN *22920* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X*i Xidməti Qarabağ regional X* İdarəsinə geri qaytarılsın. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-550/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-550/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver