Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-557/2024 09.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Beyləqan rayonun Təzəkənd kəndi doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 avqust 2024-cü il tarixdə, saat 00:50-də Beyləqan şəhəri, Zərifə Əliyeva küçəsi ərazisində saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş və muayinə zamanı narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon PŞ-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 06 avqust 2024-cü il tarixdə saat 00:50 radələrində Beyləqan şəhəri, Z.Əliyev küçəsində Beyləqan rayon polis şöbəsinin əməkdaşları Qərib Musayev və Vüsal Kərimov “JAK” **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, avtomobildə olan şəxslərə gəcə vaxtı olmasını və avtomobilə yüksək səs verməməsini xahiş etmişlər. Bu zaman hər iki vətəndaş polis əməkdaşlarına nalayiq cavab vermiş. Polis əməkdaşları tərəfindən şəxlər nizam iltizam dəvət etsələr də, onlar polis əməkdaşların tələblərinə əməl etməmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən həmin şəxslərin narkotik vasitələrin təsiri altında sərxoş olmalarında şübhə yaranmışdır və vətəndaşlar Beyləqan rayon Polis Şöbəsinə aparılmışlar. Hər iki şəxs barəsində test həyata keçirilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Hər iki rəydə verilmiş anaiz ona məxsus olmamışdır. 06 avqust 2024-cü il tarixdən məhkəməyə gətirilənədək Polis Şöbəsində saxlanılmışdır. Təqsiri olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin İBT-nin baş inspektoru polis kapitanı X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, o, Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Vüsal Kərimov ilə Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində xidmətdə olarkən **-AC-*** nömrəli göy rəngli “JAK” markalı avtomobildə dayanaqlı vəziyyətdə yüksək səslə insanları ictimaiyyəti narahat etdiklərini görmüşdülər. Onlar həmin avtomobilə yaxınlaşaraq avtomobildə əyləşən Vüsal və Pərviz adlı şəxslərə irad bildirmişdir. Vüsal və Pərviz adlı şəxslər uca səslə onlara nalayiq söyüşlər söymüş və sonradan onlar PPXB-nin əməkdaşlarını çağıraraq şəxsləri Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxslərin Şəxs və X2 olduqları məlum olmuş və aparılan tibbi müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X9 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin İBT-nin baş inspektoru polis kapitanı X8 ilə eyni məzmunda ifadə verərək Qərib Musayevin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə radələrində Beyləqan rayon PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş insan Psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzi tərəfindən İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) marixuana aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi müayinə aktları, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:50-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-557/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-557/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver