Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-557/2025 12.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa qızının sədrliyi, Bəşadlı Məmmədşah Elburus oğlunun katibliyi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil- Muğan regional şöbəsinin baş əmək müfəttişi X1 tərəfindən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında protokol və materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən tərtib olunmuş 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokol və toplanmış materiallar məhkəmənin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil- Muğan regional şöbəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə göndərilməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-81423/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən Şəxs MMC (VÖEN **********, hüquqi ünvanı: Beyləqan rayonu Mil qəsəbəsi) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonar İXM) 539.3-ci maddəsi ilə tətbiq edilmiş 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə İXM-nin 18.5-ci məddəsinə əsasən aidiyyəti üzrə baxılaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə məhkəməyə göndərilmişdir. Lakin, X2 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən Şəxs MMC-nin vəzifəli şəxsi barəsində 29 avqust 2025-ci il tarixə təyin edilmiş inzibati xəta haqqında iş üzrə icraata baxılarkən işəgötürən tərəfindən inzibati xətanın aradan qaldırıldığı müəyyən edilmişdir, (vətəndaşın müraciəti ilə bağlı araşdırma zərurəti ilə əlaqədar tələb olunan sənədlər işəgötürən tərəfindən 25 avqust 2025-cİ il tarixli, 01 nömrəli və 28 avqust 2025- ci il tarixli, 02 nömrəli məktublarla poçt xidməti vasitəsi ilə X2 Xidmətinin Mil-Muğan regional şöbəsinə təqdim olunmuşdur)."X4" MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta halı olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cİ və 114.1.4-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 29 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli Qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, "X4" MMC-nin barəsində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4" MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta halı olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cİ və 114.1.4-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə icraata xitam verildiyinə görə də, məhkəmə "X4" MMC-nin əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən tərtib olunmuş 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokola dair "X4" MMC-nin əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən tərtib olunmuş 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokola dair "X4" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-557/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-557/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver