Məhkəmə qərarları › İş №3(020)-567/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-567/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-567/2024 29.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərəçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu Kəbirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Beyləqan rayon Kəbirli kəndi ərazisində küçədə həyat yoldaşı X2 təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini səmimi etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayon Kəbirli kəndində yerləşən kafelərdən birində yeyib-içən zaman spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Hadisədən bir neçə gün əvvəl həyat yoldaşı Aynur Əliyeva ilə aralarında münaqişə yarandığına görə Aynurə atası evinə getmişdir. O, da uşaqlarını görmək üçün Aynurənin atası gilə getmək istəyərkən Aynurgilin qapılarının bağlı olduğunu görüb daş hasardan içəri girmək istəmişdir. Bu zaman Aynurə və qaynatası Arzu onun qarşısına çıxmış və küçədə onlarla aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı sərxoş vəziyyətdə olduğundan Aynurənin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt küçədə tanımadığı adamlar olmuşdur. Hazırda hərəkətlərindən peşimandır. Birdaha belə hərəkətlərə yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun əridir. Onların birgə nikahlarından 3 uşaqları vardır. Əri Şəxs spirtli içki aludəçisidir. Mütəmadi olaraq sərxoş vəziyyətdə yaşadıqları evə gələrək evdə söz-söhbət yaranmasına səbəb olan mübahisələr edir. Hadisədən bir neçə gün əvvəl aralarında yaranmış mübahisədən sonra uşaqlarınıda götürərək atası evinə küsülü getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində atasına məxsus evdə olan zaman evin çöl qapısının döyüldüyünü eşidərək həyətə çıxmış və bu zaman əri Üzeyiri həyət qapısında görmüşdür. Üzeyir həmin vaxt sərxoş vəziyyətdə olduğundan onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. Bundan sonra səs-küyə atası Arzu evdən çölə çıxaraq Üzeyiri qapıdan qovmuşdur. Həmin vaxt küçədə çoxlu adamlar olmuş və Üzeyirin hərəkətlərinin şahidi olmuşlar. Bundan sonra atası Arzu Şəxs hərəkətləri barədə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmədən qanunamuvafiq qərar verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Beyləqan rayon Kəbirli kəndi ərazisində küçədə həyat yoldaşı X2 təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2024-cü il tarixli, 595 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Şəxs Beyləqan rayon Kəbirli kəndi ərazisində küçədə həyat yoldaşı X2 təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etməsi özünün izahatı ilə yanaşı, zəzərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hərəkətlərindən peşiman olmasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq aşağı həddə həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar