Məhkəmə qərarları › İş №3(020)-568/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-568/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-568/2025 04.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonun, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonun Dünyamalılar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə kollarını əkməsi və kultivasiya etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş etmiş Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayon polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun baş leytenantı X2 02 sentyabr 2025-ci il tarixdə Beyləqan rayon polis şöbəsi rəisinə raporta müraciət edərək, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə kollarını əkməkdə və kultivasiya etməkdə şübhəli olması barədə məlumat vermişdir. Məlumat əsasında Beyləqan rayon Dünyamalılar kəndində yerləşən açıq sahəyə baxış keçirilən zaman köhnə vaqonun altında yerləşən tünd yaşıl rəngli, kəskin qoxulu, 01 ədəd çətənə koluna bənzər bitki qablaşdırılaraq götürülmüşdür.Şəxs saxlanılaraq Beyləqan rayon polis şöbəsinə gətirilmiş və göstərilən xüsusat üzrə araşdırma aparılmışdır. Məlumat əsasında Beyləqan rayon Dünyamalılar kəndində yerləşən açıq sahəyə baxış keçirilən zaman köhnə vaqonun altında yerləşən tünd yaşıl rəngli, kəskin qoxulu, 01 ədəd çətənə koluna bənzər bitki qablaşdırılaraq götürülmüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Başqa narkotik vasitədən və ya psixotrop maddələrdən istifadə etmir. 2025-ci ilin aprel ayında Beyləqan rayonu, Dünyamalılar kəndində köhnə bir tikilinin yaxınlığında bir ədəd kolu görmüş və onu çətənə koluna bənzətmişdir. Belə ki, o, əvvəllər “tiktok" da və digər sosial şəbəkələrdə olan zaman çətənə kollarının yarpaqlarını gördüyü üçün dərhal onu tanımış və həmin kolu yerindən qobarıb, Beyləqan rayonu, Dünyamalılar kəndinə yerləşən açıq sahədə olan köhnə vaqonun altına əkmişdir. Həmin kolu həmin yerə əkməkdə məqsədi koldan sonralar istifadə etmək olmuşdur. Onun həmin çətənə kolunu əkməkdə məqsədi onu satmaq olmamışdır. O, ara-sıra narkotik vasitə istifadə etsə də, narkotik vasitənin aludəçisi deyil. Sonradan polis əməkdaşları onunla əlaqə saxlamış və həmin çətənə kolunun olduğu yerə baxış keçirmək üçün o və bir neçə polis əməkdaşı onun həmin çətənə kolunu əkdiyi Beyləqan rayonu, Dünyamalılar kəndinə getmiş və həmin yeri polis əməkdaşlarına göstərmişdir. Əməlindən peşmandır. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqanrayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aqronomu Vilayət Əmirquliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Rəydən görünür ki, xx.xx.2025-ci il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları ilə birlikdə Beyləqan rayonu, Dünyamalılar kəndində əkin sahəsinin yaxınlığında əraziyə baxış keçirilən zaman həmin yerdə olan istifadəyə yarasız vaqonun alt hissəsində 1 ədəd, boyu təxminən 50 sm olan, aqrotexniki qaydada qulluq olunmuş, tərkibində narkotik maddə olana çətənə (kannabis) bitkisinin kolu aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/636 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Dünyamalılar kəndində əkin sahəsinin yaxınlığında yerləşən istifadəyə yararsız vaqonun alt hissəsindən” sözləri və imzalar olan 01 ədəd kağız paketdəki 01 ədəd , təmiz çəkisi-20.0 qram yaş vəziyyətdə olan bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindənm ötrü qərarın surəti aidiyyəti üzrə Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 19:00-da azad edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 208-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir . Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 208-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 2 gün müddət ona təyin edilmiş inzibati həbs müddətinə daxil edilsin, qəti olaraq üzərində 13(on üç) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar