Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-57/2025 10.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, təqaüdçü, Beyləqan şəhəri, S.Qaziyeva küçəsi ev 10, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində sürücülük hüququ olmaqla, etibarnamə olmadan idarə etdiyi, mərhum arvadı X1 məxsus “Mitsubishi Aiatrek” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Horadiz-Bəhrəmtəpə avtomobil yolunda Horadiz istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfində yerləşən tikinti materialları mağazasından yolun hərəkət zolağında yolun tam boş olmasına əmin olmadan Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Tida” markalı, **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət hissəsinə çıxaraq hərəkətə davam etdirmiş və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilin sürücüləri Şəxs sol kürək nahiyyəsinin qapalı küt travması və Zərərçəkmiş şəxs sol dizin əzilməsi nəticələnən xəsarətlər almasına və yol-nəqliyyat hadisəsi iştirakçısı olmuş hər iki avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən 12 dekabr 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin, Zərərçəkmiş şəxs əməlində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Bundan sonra Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YNH üzrə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 02 fevral 2025-ci il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, 16:30 radələrində mərhum arvadına məxsus “Mitsubishi Aiatrek” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Horadiz-Bəhrəmtəpə avtomobil yolunda Horadiz istiqamətində hərəkətdə olan zaman yolun hərəkət zolağında yolun tam boş olmasına əmin olmadan və düz xəttin tələblərinə riayət etmədən dönmə əməliyyatı edən zaman “Nissan Tida” markalı, **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobili vurmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığından hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, özünə məxsus “Nissan Tida” markalı, **- CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə avtomobil yolunda üzü Horadiz şəhəri istiqamətində hərəkətdə olan zaman yol kənarında olan “Mitsubishi Aiatrek” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun boş olmasını müəyyən etmədən qəflətən yolun hərəkət istiqamətinə çıxmışdır. Bu zaman baş verəcək qəzanın qarşısını ala bilməmiş və “Mitsubishi Aiatrek” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilin sürücüsü və o, yüngül dərəcəli bədən xəsarətləri almışlar və rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım almışlar. Yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Beyləqan rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilsə də tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Buna görə də məhkəmə işə Beyləqan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmış, aparılmış araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin, Zərərçəkmiş şəxs əməlində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddələr ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon PŞnin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA X6 şəxs tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 823/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ aşıq-baldır oynağında əzələ-bağ aparatının gərilməsi, sol dizin ön səthində isə qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamğlığa yüngül zərər vurmaya aiddir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 973 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəxiyyətdə olmamışdır. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 974 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sərxoş vəxiyyətdə olmamışdır. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-57/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-57/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver