Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-572/2024 19.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X13 və onun vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X13 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, vəzifəli şəxsin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarına əsasən X13 03 iyul 2024-cü il tarixdə ünvan 1i ünvanında lizensiya olmadan özəl tibb (stomotoloji) fəaliyyəti göstərmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilərək X13 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. X13 inzibati tənbehvermə qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli 12 avqust 2024-cü il tarixli protokolu qanunsuz hesab edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın məhkəmə qaydasında ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-572/2024 saylı qərarı ilə şikayət vermiş şəxs X6 şikayəti qismən təmin edilərək X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-572/2024 saylı qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-530/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilmiş, Beyləqan Rayon Məhkəməsi hakiminin X6 barəsində aycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan xx.xx.2024-cü il tarixli, 3(020)-572/2024 saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət vermiş şəxs X13 şikayətini onunla əsaslandırmışdır ki, uşaq vaxtlarından diş texniki işi ilə məşğul olmuş və diş texniki sənədini sevdiyi üçün ailə üzvlərinin dişlərində yaranan problem zamanı onlara yardım etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X16 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları onun barəsində stomatoloji fəaliyyətlə məşğul olması və kassa nəzarəti aparatının olmaması barədə akt tərtib etmişlər. O, 2014-cü ildə vergi xidmətindən qeydiyyatdan keçməklə (VÖEN **********) bərbər kimi 2021-ci il tarixə kimi hər ay vergi rüsumunu ödəməklə fəaliyyət göstərmişdir. 2024-cü ilin iyul ayının 3-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X16 8 saylı Ərazi Vergilər İdarəsi 03 iyul 2024-cü il tarixli, DVX 000610 seriyalı akt tərtib edərək Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələbini pozmaqla stomotoloji fəaliyyət üzrə guya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müvafiq sənədlər göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə barəsində xx.xx.2024-cü il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında 13 avqust 2024-cü il tarixli, MN saylı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edərək vəzifəli şəxs kimi ona 5000 (beş min) manat cərimə tətbiq edilmişdir. O, heç bir vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. O, fiziki şəxs kimi 2014-cü il tarixdən 2021-ci il tarixək kimi vergi xidmətində qeydiyyatdan keçməklə bərbər kimi fəaliyyət göstərmişdir. O, diş həkimi və diş texniki kimi fəaliyyət göstərməmişdir. 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları onu diş həkimi kimi fəaliyyət göstərdiyini qeyd etmişlər. O, fiziki şəxsdir və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məhkəmə iclasında çıxış edən şikayətçi X13 şikayətini müdafiə edərək bildirdi ki, barəsində qəbul edilmiş qərardan narazıdır. O, diş həkimi və diş texniki kimi fəaliyyət göstərməmişdir. Vergi orqanının əməkdaşları tərəfindən qeyd olunan stomotoloji avadanlıqlar ona məxsus deyildir. Həmin stomotoloji avadanlıq əvəllər orada stomotoloji fəaliyyət göstərən həkimə məxsus olmuşdur. Həkim isə çıxıb Bakı şəhərinə getmiş və öz avadanlıqlarını gəlib aparmamışdır. Vergi əməkdaşları həmin stomotoloji avadanlıq olan kabinetə gələn zaman hava isti olduğundan otaqda olan kondisionerdə sərinləmək üçün oturmuşdur. Həmçinin vergi xidmətinin əməkdaşları stomotoloji avadanlıqlar olan kabinetə daxil olan zaman o, heç bir xəstəyə stomotoloji xidmət göstərməmiş və onun yanında tibbi xidmət üçün gələn heç bir xəstə olmamışdır.Səhiyyə Nazirliyi onun barəsində inzibati xəta haqqında protokol tərtib edərkən onun iştirakı təmin edilməmiş, xx.xx.2024-cü il tarixdə barəsində protokol tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə bir günün içərisində barəsində inzibati qərar qəbul edilmişdir. onun iştirakı təmin edilməməklə qanunun tələbləri pozulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən şikayətçi X6 vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, hüquqlarını müdafiə etdiyi X6 barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 12 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monotorinq şöbəsinin birinci dərəcəli böyük dövlət vergi müfəttişi Şahid2 göstərmişdir ki, vətəndaş şikayətinə əsasən Beyləqan Rayon Polis X1 barəsində araşdırma materilları istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Bundan sonra 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis muavini baş vergi xidməti müşaviri Nağıyev Arif isa oğlu tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********1063 nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək X10 məxsus olan ünvan 2ində yerləşən vergi xidmətindən xidmət fəaliyyəti “Bərbərxana” kimi qeydiyyatdan keçmiş obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarix daxil olmaqla) 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları, yəni ona, X12 və Şahid1 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında adları qeyd olunan əməkdaşlarla birlikdə X10 məxsus obyektə baxış keçirilmiş, baxış keçirilən zaman kabinetdə bərbər fəaliyyətinə aid heç bir avadanlığın olmadığı, lakin kabinetdə stomotoloji avadanlıqların olduğu aşkar olunmuşdur. Həmçinin kabinetinin giriş qapısında stomotoloji xidmətlərin qiymətləri barədə kompüter vasitəsi ilə yazılmış reklam kağızı yapışdırılmışdır. Bundan sonra X6 izahatı alınmış və vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, DVXN 000610 nömrəli AKT tərtib edilərək X6 lisenziya olmadan stamatoloji fəaliyyəti ilə məşğul olmasına hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. 12 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin üçüncü dərəcəli dövlət vergi müfəttişi Şahid1 isaril oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monotorinq şöbəsinin birinci dərəcəli böyük dövlət vergi müfəttişi Şahid2 ilə eyni məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etmişdir. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X13 barəsində İXM-in 210.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 rayonu, Qarallar kəndi ünvanında lizensiya olmadan özəl tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması aşkar olunmuş və İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lizensiya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” DVX seriyalı 000610 nömrəli aktdan görünür ki, X13 tərəfindən ünvan 2i ünvanında vergi xidmətindən bərbər fəaliyyəti kimi qeydiyyatdan keçirilimiş obyektdə stomatoloji xidmətlərin (özəl tibbi fəaliyyətin) göstərildiyi aşkar edilmiş və həmin akta onun izahatı əlavə edilmiş, lakin o, heç bir əsaslı səbəb göstərmədən qeyd edilən aktla tanış olmaqdan, aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli **********1063 nömrəli qərarından görünür ki, bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan X13 (VÖEN: **********) barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, X13 qərarla xx.xx.2024-cü il tarixdə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan KY seriyalı ********* nömrəli çıxarışdan görünür ki, ********** VÖEN altında fəaliyyət göstərən X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər cari fəaliyyət dövründə barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmış, həmin çıxarış X10 xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və o bunu öz imzası ilə təsdiq etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17 iyun 2024-cü il tarixli, “toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən İmişli rayonu, Sarıxanlı kəndində yaşayan X2 müraciəti əsasında aparılmış HK-1, 986 saylı araşdırma aparılmış, aparılmış araşdırma zamanı toplanmış materialda İmişli rayonu, Sarıxanlı kəndində yaşayan X2 və X3 müraciəti ilə əlaqədar toplanmış meterial istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Beləliklə məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, X4 rayonu, Qarallar kəndi ünvanında lisenziya olmadan özəl tibbi fəaliyyətlə yəni stomotoloji xidmətlərin göstərilməsi ilə məşğul olması işin mübahisəsiz halıdır. X13 barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərkən sahibkarfiziki şəxs kimi vergi orqanında qeydiyyatda olmaması, yəni onun vəzifəli şəxs statusunun olmaması ilə bağlı mövqeyi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, yoxlama aparılan dövrdə X13 ********** nömrəli VÖEN ilə vergi orqanında uçotda olmuş, bunu o, xx.xx.2024-cü il tarixli izahatında da təsdiq etmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında **********1063 nömrəli qərarında X13 ********** nömrəli VÖEN-i göstərilmiş, həmin qərar X10 təqdim edilmiş və o, həmin qərarla xx.xx.2024-cü il tarixdə tanış olmasını imza etməklə təsdiq etmişdir. Habelə onun barəsində aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY seriyalı ********* nömrə ilə qeydiyyata alınmış, sadəcə olaraq faktiki fəaliyyət göstərdiyi obyekti vergi orqanında uçota aldırmamışdır. Vergi Məcəlləsin 33.2-ci maddəsinə əsasən vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Göründüyü kimi X13 vergi orqanında vergi ödəyicisi kimi ********** VÖEN ilə uçota alınmış, onun təsərrüfat subyektini isə uçota aldırmaması onun fərdi sahibkarlıq statusunun olmasını istisna etməmişdir. Bundan başqa İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X13 ********** VÖEN ilə vergi orqanında uçotda olduğundan, özəl tibbi fəaliyyətlə (stomotoloji xidmətlərin göstərilməsi) məşğul olmaq üçün xüsusi razılıq (lizensiya) almalı olduğu halda belə razılıq almadan özəl tibbi fəaliyyətlə yəni stomotoloji xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olaraq vəzifəli şəxs kimi İXM-nin 210.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törtətmişdir. X13 barəsində İXM-nin 210.1-ci maddəsi ilə İnzibati Xəta haqqında, MN ******* saylı protokol 12 avqust 2024-cü il tarixdə, inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı qərar isə 13 avqust 2024-cü il tarixdə tərtib edilmişdir. Yəni onun barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, vergi orqanında ********** VÖEN ilə fərdi sahibkar kimi vergi uçotunda olmuşdur. Bundan başqa şikayətçi ərizəsində özəl tibbi fəaliyyətlə (stomotoloji xidmətlərin göstərilməsi) fəaliyyəti ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə şikayətçinin bu mövqeyi ilə də razılaşmır, onun bu barədə verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir. Digər tərəfdən şikayətçi işə baxılması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə çağırılmadığını göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X18 29 iyul 2024-cü il tarixli, 3-28- 1/2-23768/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixdə ünvan 1i ünvanında fəaliyyət göstərən stomotoloji kabinetdə xüsusi razılıq (lisenziya) olmadan stomotoloji fəaliyyəti ilə məşğul olduğu aşkar edildiyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixində, saat 15:00-da yoxlama materiallarına baxılması üçün X13 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5”nə dəvət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa inzibati xəta kimi müəyyən edilmiş, həmin inzaibati xətaya görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilməsi göstərilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X13 İXMnin 210.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni lisenziya olmadan özəl tibbi fəaliyyət (stomotoloji xidmətlərin göstərilməsi) ilə məşğul olmuş, buna görə də onun barəsində düzgün olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı "inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, X13 şikayət ərizəsində xüsusi razılıq (lisenziya) əsasında özəl tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olma tələbinə əməl etməyərək ünvan 2ində yerləşən özünə məxsus yerdə lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi və qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X6 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Bundan başqa, X13 vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmış fiziki şəxs olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan səlahiyyətli orqan tərəfindən X6 vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmasında hər hansı qanun pozuntusu olmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X13 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-572/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-572/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver