Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-573/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Yardımlı rayonu Bərcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu İmamverdilər kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Beyləqan rayonu Bünyadlı kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Qeyd olunanlara əsasən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, Beyləqan rayonu İmamverdilər kəndində qeydiyyatda olsada rayonun Bünyadlı kəndi ərazisində başqasının mal-qara fermasında çoban işləyir. Zabitin bir neçə ildir ki, qohumu Bəylərin nəvəsi Nərminlə bir-birlərini sevməsini eşitmişdir. Lakin Nərminin valideyinləri buna razı olmamışlar. O, Bəylərin qardaşı oğlu Qaliblə qudadır, yəni qohumdurlar. Nərmin üçün başqa yerdən elçilər gəlsə də Zabit həmin adamlarla əlaqə saxlayıb Nərminlə sevgili olduğu bildirərək maneçilik törətmişdir. Zabitin bu hərəkətləri ilə bağlı xx.xx.2024-cü il tarixdə axşam Nərminin anasının təziqi qalxmış və halı pisləşmişdir. Buna görə də onun digər qohumları onların evinə getmişlər. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində kəndin girişində Elvin adlı həmkəndlisinin işlədiyi avtomobil təmiri sexində olan zaman Qalib Elvinə zəng edərək avtomobillə onun olduğu yerə gəlməsini və onu kəndin kənarına aparmasını bildirimişdir. Qalib həmin yerə yaxın olduğu üçün Elvin Qalibin yanına gedərkən o, da Elvinlə birlikdə getmişdir. Onlar Qalibin yanına çatarkən Qalibin Zabitlə mübahisə etdiyini görmüşdür. Onlar maşından düşdükdən sonra X6 elçi gələn digər şəxslərə Nərminlə qeyri-etik danışıqlarının olduğunu və həmin danışıqlarını paylaşacağını bildirməsini demişdir. Buna görə də Qalib Zabitə telefonunu ona verməsini bildirmiş, lakin Zabit telefonu Qalibə verməmişdir. Həmin vaxt Qalib Zabiti tutmuş, o, telefonu Zabitin cibindən çıxarmışdır. Qalib telefonun şifrəsini Zabitdən soruşmuş, Zabit isə deməmişdir. Bundan sonra Qalib əsəbləşərək Zabitin sol gözaltı nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Bundan sonra isə onlar oradan aralaşıb çıxıb getmişlər. Zabiti yalnız Qalib döymüş, o, isə Zabiti döyməmiş və ona xəsarət yetirməmişdir. X7 dalaşarkən aralaşdırmışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs əvvəlcədən tanımışdır. Onunla aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, bir neçə ildir ki, Qalib Nəcəfovun əmisi nəvəsi Nərminlə bir-birilərini sevirlər. Həmçinin Nərmin onun xalası qızıdır. Nərmin yetkinlik yaşına çatmamış olsa da o, Nərmin 18 yaşına çatdıqdan sonra onunla evlənmək fikrindədir. Lakin Nərminin ailəsi onunla sevgili olmasına və gələcəkdə onunla ailə qurmasına razı deyildirlər. Onlar Nərmini başqa bir şəxslə evləndirmək istəyirlər. Hadisədən bir neçə gün əvvəl Elvin adlı şəxs Nərminə elçi düşmüşdür. O, bundan sonra Elvinlə görüşüb Nərminlə bir-birilərini sevdiyini bildirmiş və Nərminə elçi düşməməsini Elvinə bildirmişdir. Lakin həmin vaxt Elvinə Nərminə elçi düşəcəyi halda Nərminlə olan damışıqlarını paylaşacağını bildirməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Qalib ona zəng edərək onunla işinin olmasını bildirərək görüşmələrini bildirmişdir. Bundan sonra o, saat 15 radələrində kənd ərazisində Qaliblə görüşmüşdür. Həmin vaxt Qalibin bir qədər sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Qalib onunla görüşdükdə Nərminlə danışmasını ona irad bildirmiş və birdə Nərminlə danışmamasını ona demişdir. Bundan sonra Qalib ondan mobil telefonunu ona verməsini, guya onun Nərminə elçi gələn şəxslərə Nərminlə olan şəxsi danışıqlarını paylaşacağını deməsini bildirərək onun telefonuna baxmaq istədiyini bildirmişdir. Lakin o, Qalibə heç kimə bu cür söz demədiyini, buna görə də telefonunu ona verməyəcəyini bildirmişdir. Bu zaman Qalib əsəbi halda onun boğazından tutub yolun kənarında olan divara dirəmişdir. O, yenədə Qalibə telefonu verməyəcəyini bildirdikdə Qalib Elvinə zəng edərək maşınla gəlib onları kəndin kənarına aparamasını bildirmişdir. Bir neçə dəqiqə sonra Elvin Nicat adlı şəxslə birlikdə həmin yerə gəlmişdir. Elvin həmin yerə gəldikdən sonra Qalib ona maşına oturub onunla kəndin kənarına getməsini bildirmişdir. Lakin o, maşına oturub onunla getməyəcəyini bildirdikdə Qalib əsəbi halda onun qarın nahiyəsinə yumruqla vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Nicat ona yaxınlaşmış və onun baş nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Qalib və Nicat onun baş və bədəninin müxtəlif nahiyələrindən yumruqla bir-iki dəfə vurmuşlar. Həmin vaxt Nicatın ona vurduğu yumruqlardan biri onun sol gözaltı nahiyəsinə dəymişdir. Münaqişə zamanı onun cibində olan “Samsung” markalı mobil telefonu yerə düşmüşdür. Bu zaman Nicat həmin telefonu yerdən götürmüş və onlar bundan sonra telefonda Nərminlə olan danışıqlarına baxmaq istədiklərini bildirmişlər. Lakin o, onlara danışıqları göstərməyəcəyini bildirmişdir. Bundan sonra onlar maşına minib oradan uzaqlaşıb getmişlər. O, zərbənin təsirindən 1-2 dəqiqə yerdə qaldıqdan sonra ayağa qalxıb yaşadığı evə getmişdir. Ona gözünün altından xəsarəti Nicat yumruqla vurub yetirmişdir. Şəxs şikayətçidir. Şəxs qanuni cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 23 avqust 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanması rədd edilmiş, Şəxs və X1 həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 07 avqust 2024-cü il tarixli, 493/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol alt göz qapağında qançır və sıyrıq, boynunda qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* nömrəli inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Beyləqan rayonu Bünyadlı kəndində Zərərçəkmiş şəxs döymüşdür. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə izahatı özünü müdafiə xarakteri daşıyır və işin məhkəmə iclasında araşdırılmış halları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-573/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-573/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver