Məhkəmə qərarları › İş №3(020)-573/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-573/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-573/2025 09.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, Beyləqan rayon sakini Zərərçəkmiş şəxs məxsus 3 (üç) baş xırdabuynuzlu heyvan oğurlayaraq sonuncuya 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, faktla bağlı Beyləqan RPŞ-nin TB-də araşdırma aparılmış xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, Beyləqan rayon 1-ci Şahsəvən kənd sakini X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə yaşadığı evin qarşısındakı otlaq sahəsindən 450 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanlarının naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını, nəticədə ona 450 (dörd yüz əlli) manat dəyərində maddi ziyan vurulması müəyyən edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Beyləqan RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən aparılan araşdırma zamanı həmin heyvanları oğurlayan şəxsin Beyləqan rayon Örənqala qəsəbə sakini Şəxs olduğunu müəyyən etmişdir. Bundan sonra həmin şəxsi Beyləqan RPŞ-yə dəvət etmiş və RPŞ-də həmin şəxs izahat verən zaman 3 baş xırdabuynuzlu heyvanı oğurlamasını etiraf etmişdir.Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını bildirmişdir.O, xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində taksiylə gəlib Beyləqan rayon İ Şahsevən kəndində düşmüşdür.Həmin vaxt taksi sürücüsünə evinin yaxında olduğunu və evdən gedib taksi pulunu gətirmək adı ilə taksi sürücüsünü aldadıb getmişdir. Beyləqan rayon İ Şahsevən kəndində yolda gedərkən qarşısına 3 baş xırdabuynuzlu heyvan çıxmışdır.O, həmin xirdabuynuzlu heyvanları götürüb sahəlik ərazisinə aparmışdır.Orada xırdabuynuzlu heyvanların ayaqlarını kəndirlə bağlamışdır.Sonra spirtli içki qəbul etmiş və yatmışdır.Səhər duranda isə xırdabuynuzlu heyvanların olmadığını görmüş və çıxıb getmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri hissə-hissə ayda 50-100 manat ödəyə bilər. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə səhər saat 7 raddələrində tövləsindən qoyun səsi gəldiyini eşitmişdir.Gedib tövləyə baxarkən 3 baş xırdabuynuzlu hevanının olmadığını görmüşdür.Həmin vaxt 102 xidmətinə zəng edərək 3 baş xırdabuynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir. Həmin 3 baş xırdabuynuzlu heyvan onun həyətində olan tövlədə olmuşdur. Həmçinin bir quzunun qiyməti 150 manat olması mümkün deyildir. Həmin hadisədən sonra özünə məxsus quzunu 350 manat satmışdır. İş materiallarına olan ərizəni polis əməkdaşları ona yazdırmış və müvəqqəti olaraq belə yazıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İXM-in 227-ci maddəsi ilə Şəxs barəsində araşdırılma aparılması qərarı Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xətalar haqqınaa işlər üzrə icraata başlama haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada ********** nömrəli inzibati icraat açılmışdır. xx.xx.2025-ci il tarixdə “İnzibati xətalar haqqında işlər üzrə icraatı təzələmə haqqında” qərar qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmişin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata işdə cinayətin əlamətləri olduğundan xitam verilməli, Şəxs ərizəsi əsasında toplanmış HK-1/384 saylı material üzrə araşdırma aparılmasının təmin edilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İşin təsvir edilmiş hallarından görünür ki, Zərərçəkmiş şəxs ona məxsus xırdabuynuzlu heyvanların həyətində olan tövlədən aparıldığını və həmin heyvanların birinin qiyməti 150 manat olmadığını bildirir. Lakin həmin hallar təhqiqatda araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində cinayətin əlamətləri istisna olunmur. Azərbaycan Respublikası İXM-in 114.2-ci və 114.2.3-cü maddələrinə əsasən iinzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən, İistintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata işdə cinayətin əlamətləri olduğundan xitam verilsin. Vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/384 saylı material üzrə araşdırma aparılmasının təmin edilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar