Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-574/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Beyləqan rayonunun Bünyadlı kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Beyləqan rayonu Bünyadlı kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Qeyd olunanlara əsasən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Beyləqan rayonu Bünyadlı kəndi ərazisində aralarında yaralanmış mübahisə zamanı həmkəndliləri Nicat və Qalib adlı şəxslər tərəfindən döyüldüyünü bildirərək, həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciətlə bağlı Beyləqa rayon PŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 avqust 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zabit bir neçə ildir ki, əmisinin nəvəsi ilə bir-birlərini sevirlər. Həmin qızla Zabit xala uşaqlarıdır. Lakin, qızın valideynləri razı deyildir. Zabit xalası qızına gələn elçilər ilə danışıb, həmin şəxslərə yazışamalarını və fotoşəkillərini paylaşacağını eşitmişdir. Buna görə də o, Zabitlə danışıb bu barədə söhbət edib, həqiqətən də bu halların olub-olmamasını müəyyən etmək istəmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, Zabitə zəng edib onunla görüşmk istədiyini bildirmişdir. Həmin gün saat 15 radələrində onlar kənd ərazisində görüşmüşdürlər. O, Zabitdən yazışmaların və fotoşəkillərin silinməsini istəmiş, lakin o, etiraz etmişdir. Bu zaman o əsəbiləşdiyi üçün Zabitin boğazından tutub sıxaraq yenə də onun telefonunu istəmişdir. Lakin Zabit telefonu ona vermədiyi üçün o həmkəndlisi Elvin adlı şəxsə zəng edərək maşınla gəlib onları kəndin kənara aparmasını bildirmişdir. Elvin kirvəsi Nicatla birlikdə həmin yerə gəlmişdir. O, Zabitə onunla birlikdə kəndin kənarına gedib orada söhbət etmələrini bildirsə də Zabit onunla getməkdən imtina etmişdir. O və Nicat yenə də Zabitə telefonu verməsini bildirmişdirlər. Zabit yenə də onlarla əsəbi halda danışaraq telefonu vermədiyi üçün o, əsəbiləşərək Nicatı kənara itələyib, Zabitin sol gözaltı nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Daha sonra isə onlar Zabiti orada qoyub çıxıb getmişdirlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun həmkəndlisidir. O, bir neçə ildir ki, xalası qızı ilə bir-birilərini sevirlər. Lakin xalasıgil bu münasibətə razı deyildilər və onu başqa bir şəxslə evləndirmək istəyirdilər. Hadisədən bir neçə gün əvvəl Elvin adlı şəxs xalası qızına elçi düşmüşdür. O, bundan sonra Elvinlə görüşüb xalası qızı ilə bir-birilərini sevdiyini bildirmiş və ona elçi düşməməsini Elvinə bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Qalib ona zəng edərək onunla işinin olmasını bildirərək görüşmələrini bildirmişdir. Bundan sonra o, saat 15 radələrində kənd ərazisində Qaliblə görüşmüşdür. Həmin vaxt Qalibin bir qədər sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Qalib onunla görüşdükdə xalası qızı ilə danışmasını ona irad bildirmiş və bir də onunla danışmamasını ona demişdir. Bundan sonra Qalib ondan mobil telefonunu ona verməsini, guya onun xalası qızına elçi gələn şəxslərə xalası qızı ilə olan şəxsi danışıqlarını paylaşacağını deməsini bildirərək onun telefonuna baxmaq istədiyini bildirmişdir. Lakin o, Qalibə heç kimə bu cür söz demədiyini, buna görə də telefonunu ona verməyəcəyini bildirmişdir. Bu zaman Qalib əsəbi halda onun boğazından tutub yolun kənarında olan divara dirəmişdir. O, yenə də Qalibə telefonu verməyəcəyini bildirdikdə Qalib Elvinə zəng edərək maşınla gəlib onları kəndin kənarına aparmasını bildirmişdir. Bir neçə dəqiqə sonra Elvin Nicat adlı şəxslə birlikdə həmin yerə gəlmişdir. Elvin həmin yerə gəldikdən sonra Qalib ona maşına oturub onunla kəndin kənarına getməsini bildirmişdir. Lakin o, maşına oturub onunla getməyəcəyini bildirdikdə Qalib əsəbi halda onun qarın nahiyəsinə yumruqla vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Nicat ona yaxınlaşmış və onun baş nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Qalib və Nicat onun baş və bədəninin müxtəlif nahiyələrindən yumruqla bir-iki dəfə vurmuşlar. Ona gözünün altından xəsarəti Nicat yumruqla vurub yetirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 23 avqust 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanması rədd edilmiş, Şəxs və X5 həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Ağcabədi rayon şöbəsinin rəisi X2 Zərərçəkmiş şəxs adına vermiş olduğu xx.xx.2024-cü il tarixli 493/24 № saylı müayinə rəyindən məlum olur ki, müayinə zamanı 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol alt göz qapağında qançır və sıyrıq, boynunda qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunan müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-574/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-574/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver