Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-575/2025 09.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Füzuli rayonun, Araz Yağlıvənd kəndindəda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonun 2-ci Şahsevən kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Beyləqan şəhəri, Zərifə Əliyeva küçəsində polisə qarşı uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025ci il tarixdə saat 17:30 radələrində Beyləqan rayonu Z.Əliyeva küçəsində Beyləqan RPŞnin X2 polis sahə nəfəri polis baş serjantı X8 və Beyləqan RPŞ-nin X2 polis sahə nəfəri polis baş serjantı X7 xidmətdə olarkən Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərinə son verməsini tələb etmişlər, lakin o, öz hərəkətlərinə daha aqressif şəkildə davam edərək ictimai qaydanı və ictimai asayişi pozmağa davam etmişdir və dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmişdir.Bu səbəbdən, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 08 sentyabr 2025-ci il tarixdə 17:30 radələrində Beyləqan rayon Z.Əliyeva küçəsində məhkəmədən çıxıb və küçə ilə gedirmiş. Bu zaman əvvəldən tanıdığı Elvin adlı əməkdaşa qarşı nalayiq ifadələr işlətməyə başlamış, ona bildirmişdir ki, sənə və digər polisə qarşı yaxşı edib söyüş söymüş, nəticədə ona cərimə yazıblar, bundan sonra o, sakit durmağını və söyüş söyməməyini tələb etdi, lakin yenə onu və yanındakı əməkdaşı da söymüş, daha sonra onu polis şöbəsinə aparmışlar, onun barəsində protokol tərtib edilən zaman da yazan əməkdaşa qarşı da nalayiq ifadələr işlətmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin X2 polis sahə nəfəri polis baş serjantı X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində məhkəmədən çıxdıqdan sonra Şəxs onlara qarşı nalayiq ifadələr işlətmişdir. O, sahə polis nəfəri polis baş serjantı Yusif Əliyevlə birlikdə xidmətdə olarkən Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərinə son verməsini tələb etmişlər, lakin o öz hərəkətlərinə daha aqressiv şəkildə davam edərək ictimai qaydanı və ictimai asayişi pozmağa davam etmişdir və dəfələrlə nizam-intizama dəvət edilsə də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmişlər. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin X2 polis sahə nəfəri polis baş serjantı X1 RPŞ-nin X2 polis sahə nəfəri polis baş serjantı X8 ilə eyni məzmunda ifadə verərək X6 ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və şahidlərin ifadəsini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan RPŞ-nin X2 polis sahə nəfəri polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Beyləqan rayonu Z.Əliyeva küçəsində sahə polis nəfəri polis baş serjantı Yusif Əliyevlə birlikdə xidmətdə olarkən Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərinə son verməsini tələb etmişlər, lakin o öz hərəkətlərinə daha aqressif şəkildə davam edərək ictimai qaydanı və ictimai asayişi pozmağa davam etmişdir və dəfələrlə nizam-intizama dəvət edilsə də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmişlər. AZA seriyalı 028061 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağrlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs polis əməkdaşları tərəfindən xx.xx.2025ci il tarixdən saat 17:30-da saxlanıldığı nəzərə alınaraq, inzibati həbsin əvvəli xx.xx.2025ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-575/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-575/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver