Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-576/2025 10.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin rəisi X5 iştirakları ilə, xx xxxxx 1962-ci il tarixdə Beyləqan rаyоnunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bеyləqаn rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Bеyləqаn RİPŞ) daxil olmuş 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Bеyləqаn Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs (bundan sonra borclu) Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(006)-3695/2019 saylı icra sənədi üzrə tələbkar X1 (bundan sonra tələbkar) xeyrinə 103807,50 (yüz üç min səkkiz yüz yeddi manat, 50 qəpik) mаnаt məbləğində borcunu üzrsüz səbəbdən ödəməməklə, həmin icra sənədindəki tələbi icra məmuru tərəfindən lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Beyləqan RİPŞ-nin rəis X7 tərəfindən borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş A.Ə.Quliyev verdiyi izahatında bildirmişdir ki, Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(006)-3695/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 103807,50 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 ödənilməlidir. O, həmin icra sənədi üzrə 12 aprel 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Lakin, borclu qeyd olunan məbləğdən hər hansı bir formada ödəniş etməmişdir. Borcunu ödəməsi ilə əlaqədar borclu Beyləqan RİPŞ-yə dəvət edilsə də gəlməmiş və yaşadığı ünvanda aşkar edilməmişdir. Bu səbəbdən barəsində axtarış elan edilmiş və Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən onunla əlaqə saxlanıldıqdan sonra gəlmişdir. Hazırda tələbkar borcludan borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 10 sentyabr 2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolu müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, D.Ə.Həmidova 103807,50 mаnаt məbləğində borcunun olmasından məlumatlıdır. Lakin, maddi imkansızlığı səbəbindən həmin borc məbləğini ödəyə bilməmişdir. Bu borcla əlaqədar Beyləqan RİPŞ-yə çağrılmasından və gəlməli olmasıdan məlumatlı olmamışdır. Lakin, Beyləqan rayon Polis şöbəsindən ona zəng etmələrindən sonra o, icra şöbəsinə icra məmurunun yanına gəlmişdir. Buna görə də iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Beyləqan RİPŞ-nin rəisi A.Ə.Quliyev məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını, xüsusilə də işin faktiki hallarının yuxarıda göstərilmiş məzmunda olduğunu müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun qeyd olunan borc məbləğinin uzun müddət öncədən yaranmasına baxmayaraq, ödəməyə çalışmamasını, əksinə yayınmasını, Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlməməsini, həmçinin təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 sentyabr 2025-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Bеyləqаn rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərоv
Məhkəmə qərarları › İş №3(020)-576/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-576/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver