Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-577/2024 05.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin X6 Bölməsinin Təbliğat və Təşqiqat üzrə inspektor polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Beyləqan rayonun doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində sürücülük hüququ olmadan “Mercedes Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitədən (THC) istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla bağlı Beyləqan rayon Polis şöbəsinin X6 Bölməsinin Təbliğat və Təşqiqat üzrə inspektor polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin X6 Bölməsinin Təbliğat və Təşqiqat üzrə inspektor polis baş leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini, bildirərək, izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində sürücülük hüququ olmadan “Mercedes Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitədən (THC) istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi aşkar olunmuş və bununla əlaqədar sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ilk dəfə olaraq narkotik vasitə olan marixuanadan istifadə etmiş və daha sonra sürücülük hüququ olmadan yanında işlədiyi ustasının istifadəsində olan “Mercedes Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Həmin avtomobili idarə edən zaman polis əməkdaşları ondan şübhələnmiş və onu müayinə aparmışlar. O, əməlindən peşmandır, lakin cəriməni ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsi yol patrul xidməti inspektoru X2 ifadəsində göstərmişdir ki, Şəxs“Mercedes Benz C180” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və narkotik vasitəsinin təsiri altında idarə etdiyinə görə, həmin nəqliyyat vasitəsi 29 avqust 2024-cü il tarixdə saxlanc yerinə təhvil verilərkən, həmin nəqliyyat vasitəsini o qəbul etmiş və daha sonra nəqliyyat vasitəsi sahibinə qaytarılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 334-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 593 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə Aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC) marixuana aşkar edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikasının İXM-in 334-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həbs növündə tənbehin aşağı həddində tədbir tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdə, saat 16:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-577/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-577/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver