Məhkəmə qərarları › İş №3(020)-58/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-58/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-58/2025 07.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Beyləqan rayon PŞ-nin DYPBnin səlahiyyətli nümayəndəsi polis baş leytenantı X5 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Polis Şöbəsinin DYPBnin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, 05 yanvar 2025-ci il tarixində idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. O, heç bir yol hərəkəti qaydasını pozmadığını, həmçinin ona qayda pozması ilə əlaqədar heç bir sübut təqdim olunmadığını bildirmişdir. Ona görə də Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbini məhkəməyə açıqlamamışdır. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Beyləqan rayon PŞ-nin DYPB-nin səlahiyyətli nümayəndəsi polis baş leytenantı X7 bildirmişdir ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixdə, saat 10:19 radələrində “Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə YQK-Daşburun yolunun 23-cü kilometirliyində hərəkətdə olan zaman 1.1, 1,3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ərazidə xidmətdə olan Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru Yusif İbrahimli tərəfindən saxlanılmış və qayda pozuntusu ona izah olunmuş və vətəndaş inzibati xətanı törətməsini səmimi etiraf etmişdir. Bununla bağlı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100 manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyə əsasən yalnız foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilmiş yol hərəkəti qayda pozuntuları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların və onların əlavələrinin bir gün ərzində nəqliyyat vasitələrinin istifadəçilərinin elektron kabinetinə yerləşdirilməsi nəzərdə tutulmuşdur. X2 tərəfindən törədilmiş qayda pozuntusu isə YPX inspektoru tərəfindən aşkar edilmiş, qayda pozuntusu "Təhlükəsiz Şəhər" xidmətinin müşahidə-nəzarət kameraları vasitəsilə qeydə alınmış görüntülərlə təsdiqini tapmışdır. Odur ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 10:19-da YQK-Daşburun yolunun 23-cü kilometirliyində "Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1,3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1. 1 -ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 10:19-da YQK-Daşburun yolunun 23-cü kilometirliyində "Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1,3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmiş, qeyd edilən qayda pozuntusu "Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülərlə təsdiqini tapmış, qeyd edilən faktla bağlı inzibati araşdırma aparılmışdır. Göründüyü kimi X2 tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin təsiri altına düşmür. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə adından qərara aldım: X1 Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin YPX isnpektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar