Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-583/2024 11.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonun M.Ə.Rəsulzadə küçəsi ev 98-də qeydiyyatda olmaqla, Beyləqan şəhəri SMD-4 qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində sərxoş vəziyyətdə Beyləqan şəhəri, SMD-4 qəsəbədi ərazisində küçədə səs küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X4 protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Beyləqan şəhər SMD-4 qəsəbəsi ərazisində PPXB-nin polis əməkdaşları Zaur Quliyev və Fərhad Adilov xidmətdə olan vaxt bir nəfər şəxsin küçədə ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışlar. Onlar ona yaxınlaşıb özlərini təqdim edən vaxt həmin şəxsin sərxoş olduğunu hiss etmişlər. Həmin vaxt onlar onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələbinə tabe olmamışlar. Həmin şəxsi polis şöbəsinə gətirmişlər və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxs Qurban oğludur. Bundan sonra hadisə yerində olan polis əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə olmuş və yaşadığı yataqxanada yanğın hadisəsi baş verdiyindən polis əməkdaşları həmin ərazidə olmuşlar. Lakin o, sərxoş olduğu üçün öz hərəkətlərini idarə etməyərək, səs-küy salaraq polis əməkdaşlarının sakitləşməsi ilə bağlı tələblərinə riayət etməmişdir. Onun cəriməni ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin post patrul xidməti bölüyü polis nəfəri X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Adilov Fərhadla birlikdə Beyləqan rayon SMD-4 qəsəbəsi ərazisində xidmətdə olarkən növbətçi hissədən onlara zəng gəlmiş və onlara SMD-4 qəsəbəsində yaşayan Şəxs yaşadığı ünvanda yanğın törətməsi və həmin ünvana getməli olmaları bildirilmişdir. Onlar həmin ünvana getdikdə sonradan adı onlara məlum olan Şəxs sərxoş vəziyyətdə yataqxananın qarşısında səs-küy salaraq ünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar və onu nizam-intizama dəvət etmək istəsələr də, o, öz hərəkətlərini davam etdirərək, onların qanuni tələbinə tabe olmamışdır.Ona görə də, onlar Şəxs rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin post patrul xidməti bölüyü polis nəfəri X2 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin post patrul xidməti bölüyü polis nəfəri X5 ilə eyni məzmunda ifadə verərək X3 ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022082 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 628 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunan zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-583/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-583/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver