Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-584/2025 16.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-378/2024 saylı icra sənədinə əsasən 31 yanvar 2022-ci il təvəllüdlü Əsmanurun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 29 yanvar 2024-cü il tarixdən başlayaraq, Şəxs hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməsi qət edilmişdir. Hazırda 1690 manat aliment borcu var. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-378/2024 saylı icra sənədi üzrə aliment borcunu yerinə yetirməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-378/2024 saylı icra sənədinə əsasən 31 yanvar 2022-ci il təvəllüdlü Əmsanurun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 29 yanvar 2024-cü il tarixdən başlayaraq, ondan hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə aliment borcundan hissə-hissə ödəmiş və icra sənədi üzrə 1690 manat aliment borcu yaranmışdır. O, mütəmadi olaraq maddi imklanı çatdığı həddə alimenti ödəməyə çalışmışdır. Onuncu dəfə isə xx.xx.2025-ci il tarixdə 550 manat, avqust ayınbda isə ümumilikdə 350 manat ödəniş etmişdir. Hazırda işləmədiyi üçün onun yığılmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur, lakin aliment borcundan xx.xx.2025-ci il tarixdə 400 manat ödəmişdir. O, heç vaxt aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. Qalan aliment borcunu alimentlə birlikdə hər ay hissə-hissə ödəyəcəkdir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilsə də tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verilməmişdir. Ona görə də məhkəmə işə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-378/2024 saylı icra sənədinə əsasən 31 yanvar 2022-ci il təvəllüdlü Əsmanurun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 29 yanvar 2024-cü il tarixdən başlayaraq, Şəxs hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-378/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və könüllü icra barədə bildiriş Şəxs göndərilmişdir. xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 550 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 400 manat ödənişi X1 ödəmişdir. Məhkəmə, proses iştirakçısının fikrini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-378/2024 icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment borcundan sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 550 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 200 manat xx.xx.2025-ci il tarixdə 400 manat məbləğində pul vəsaitini tələbkarın hesabına ödəmişdir. Göründüyü kimi, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, davamlı olaraq maddi imkanı çatdığı həddə ödənişlər etmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-584/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-584/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver