Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-590/2024 23.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Beyləqan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 16 sentyabr 2024-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 16 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol daxil olmuşdur. Həmin inzibati xəta haqqında Protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi – Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1230/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 28.211,11 manat olaraq Səma-555 QSC-yə ödənilməli olması, lakin Şəxs tələbi tam şəkildə təmin etməməsi, icra məmurunun qanuni tələbinə tabe olmaması” ilə əsaslandırılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edib, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta ilə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını bildirərək göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1230/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən ondan 28037 manat borc və 174,11 manat məbləğində dövlət rüsumu tələbkar Səma-555 QSC-nin xeyrinə ödənilməlidir. O, həmin borcu ödəməkdən boyun qaçırmır. Lakin, onun həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Maddi imkanı çatdığı təqdirdə ödənişlər etmişdir və o, sonuncu dəfər 17 sentyabr 2024-cü ildə borcundan 700 manat ödəniş etmiş və maddi imkanı olmadığına görə həmin borcu hissə-hissə ödəyəcəkdir. Buna görə də, o, tələb edilən borcu ödəməkdən qəsdən yayınmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və icra işinin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1230/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Şəxs 28037 manat borc və 174,11 manat məbləğində dövlət rüsumu tələbkar Səma-555 QSC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsində 07 noyabr 2023 il tarixdə icra işi açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, 16 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokolda borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə qeyd olunan inzibati xətanı törətməsi, yəni inzibati xətanın mahiyyəti göstərilməmiş və eləcə də, onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibinin olduğunu təsdiq edən sübutlar Protokolda qeyd edilməmiş və belə bir sübutların mövcudluğu məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Bununla belə, qeyd etmək lazımdır ki, Protokolda inzibati xətanın mahiyyəti göstərilməsə də, proses iştirakçılarının izahatları ilə müəyyən edilir ki, Şəxs hazırkı Protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi - mahiyyətinə görə Şəxs Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1230/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 28.211,11 manat olaraq Zərərçəkmiş şəxs QSC-yə ödəməli olması, lakin Şəxs tələbi tam şəkildə təmin etməməsi ilə əlaqədardır. Lakin, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş sənədlərlə borclu Şəxs icra sənədi üzrə tutulmalı olan borc məbləğini bir dəfəyə ödəmək imkanının olması və borclunun qeyd olunan həmin borc məbləğini üzürsüz səbəbdən, yəni qəsdən ödəməməsi müəyyən olunmamışdır. Əksinə, borclu tərəfindən borcu ilə əlaqədar ödənişlər edilmiş, sonuncu dəfər isə 700 manat məbləğində ödəniş olunmuş və borcunun azaldılması üçün müvafiq hərəkətlər edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında 16 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilməmişdən əvvəl Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə müvafiq icra tədbirləri görülməmişdir. Yəni, icra zamanı icra məmuru tərəfindən borclu Şəxs mülkiyyətində əmlak olmasına baxmayaraq, həmin əmlak ilə bağlı müvafiq məcburi icra tədbirləri görülmədən tələbkarın xeyrinə tutulan borc məbləğinin ödənilməməsində borclu Şəxs qəsdi, yəni üzürsüz səbəbini təsdiq edən halların mövcudluğu müəyyən edilmir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 43.1, 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, məlum icra sənədi üzrə müvafiq icra tədbirləri görülmədən və eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində 16 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparəlan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanlara əsasən 16 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol üzrə borclu Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117 və 128-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: 16 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında olan iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-590/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-590/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver