Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-594/2024 21.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonun, Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Cəlilabad rayonun, Sadatlı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Beyləqan şəhəri dairə deyilən ərazidə sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X7 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X7 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində Beyləqan şəhər ərazisində 6309 çağırışlı avtopatrulla YPXnin polis əməkdaşları xidmətdə olduqları zaman Beyləqan şəhər ərazisində yerləşən dairədə “Mercedes” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun hərəkət istiqamətində avtomobili saxlayaraq bir nəfər şəxslə mübahisə etdiyini görüb, onlara yaxınlaşmışlar. Sürücü ilə danışıq zamanı ağzında spirt qoxu iyisi gəldiyini hiss edib, alkotestden keçirtmək istəmişlər, əvvəl etiraz etsə də daha sonra alkotestdən keçmiş sərxoş olduğu müəyyən edilmişdir. Bu zaman polis əməkdaşları sürücü sərxoş olduğu üçün nəqliyyat vasitəsini duracağa aparmaq istəsələr də, sürücü mane olmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Sürücünü Beyləqan RPŞ-nə gətirmişlər və həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs və hadisə yerində olan YPX əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə içki içdiyi üçün tanışı X2 onun avtomobilini idarə etməyi xahiş etmiş və həmin avtomobili o, idarə edərək, Beyləqan ərazisində dairə deyilən yerdə saxlamışlar. O, daha sonra başqa taksiya minib gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, öz avtomobilində hərəkətdə olarkən başqa bir sürücü ilə aralarında anlaşılmazlıq olmuş və bundan məlumat tutan polis əməkdaşları ona yaxınlaşmışlar. O, sərxoş olduğu üçün polis əməkdaşları onun nəqliyyat vasitəsini duracağa aparmaq istəsələr də, o, həmin nəqliyyat vasitəsini idarə etmədiyi üçün narazaçılıq etmiş və nəqliyyat vasitəsinin aparılmasına mane olmağa çalışmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində Beyləqan şəhər ərazisində 6309 çağırışlı avtopatrulla digər polis əməkdaşları ilə xidmətdə olduqları zaman Beyləqan şəhər ərazisində yerləşən dairədə “Mercedes” markalı **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun hərəkət istiqamətində avtomobili saxlayaraq bir nəfər şəxslə mübahisə etdiyini görüb, onlara yaxınlaşmışlar. Sürücü ilə danışıq zamanı ağzında spirt qoxu iyisi gəldiyini hiss edib, alkotestden keçirtmək istəmişlər, əvvəl etiraz etsə də daha sonra alkotestdən keçmiş sərxoş olduğu müəyyən edilmişdir. Bu zaman onlar sürücü sərxoş olduğu üçün nəqliyyat vasitəsini duracağa aparmaq istəsələr də, sürücü mane olmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Sürücünü Beyləqan RPŞ-nə gətirmişlər və həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X3 ilə eyni məzmunda ifadə verərək Yusif İbrahimlinin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirmişdir ki, o, tanışı Şəxs ilə polis əməkdaşları arasında mübahisə olduğunun görərək, onlara yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Polis əməkdaşları onun bu məsələyə qarışmamasını bildirdiklərinə görə, o çıxıb gedib avtomobilində əyləşmişdir. Mübahisənin nədən ibarət olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirmişdir ki, tanışı Şəxs sərxoş olduğuna görə ondan avtomobilini idarə etməyə xahiş etmiş, o da həmin avtomobili idarə edərək, Beyləqan şəhəri dair adlanan əraziya gətirmiş və daha sonra çıxıb getmişdir. Ondan sonra polis əməkdaşları ilə Murad arasında olan mübahisədən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022079 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 23:25-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli 669 №-li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoş olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə onu qeyd edir ki, Şəxs sərxoş vəziyyətdə olduğu üçün ona məxsus nəqliyyat vasitəsinin duracağa aparılması sərxoş sürücünün yaratdığı potensial təhlükənin qarşısını almaq və yol hərəkəti təhlükəsiliyini təmin etmək xarakteri daşıdığından, polisin həmin tələbləri qanuni olmuşdur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-594/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-594/2024
21.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver