Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-595/2024 21.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Beyləqan şəhəri ərazisində mərkəzi dairənin yanında xidmətdə olan Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X6 protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Beyləqan şəhər ərazisində mərkəzi dairənin yanında PPXB-nin polis əməkdaşları Yusif İbrahimli və Vüqar Quliyev xidmətdə olan vaxt Beyləqan şəhəri ərazisində mərkəzi dairədə “Mercedes” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun hərəkət istiqamətində avtomobili saxlayaraq bir nəfər şəxslə mübahisə etdiyini görüb ona yaxınlaşmışlar. Poliş əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edən vaxt həmin şəxslərin sərxoş olduğunu hiss etmişlər. Onları nizam intizama dəvət etmişlər. Onları alkotestrdən keçirmək isdəmişlər. Lakin sürücü alkotesrdən keçməkdən imtina etdiyi üçün həmin şəxsi polis şöbəsinə gətirmək isdəmişlər. Həmin şəxsin yanında sərnişin qismində olan bir nəfər şəxsin polisin iş fəaliyyətinə maneəçilik törədərək qəsdən polisin qanuni tələbinə tabe olmamışlar və mübahisə etmişlər. Həmin vaxt onlar radiorabitə vasitəsi ilə PPXB-nin əməkdaşlarından şəxsləri RPŞ-nə dəvət etmək üçün kömək isdəmişlər və RPŞ-nə avtomobilləri ilə birlikdə PPX-nin əməkdaşları ilə dəvət edib aparmışlar. Beyləqan RPŞ-nə dəvət dəvət etdikdən sonra polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslərdən biri Cəlilabad rayonu Seyidbazar qəsəbə sakini xx.xx.1987ci il təvəllüdlü X3 və Beyəqan rayonu Qəhrəmanlı qəsəbə sakini Şəxsdur. Bundan sonra hadisə yerində olan polis əməkdaşlarının izahatlarını almış, X3 və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə tanışı X4 ilə polis əməkdaşları arasında mübahisə olduğunu görərək, onlara yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Polis əməkdaşları onun bu məsələyə qarışmamasını bildirdiklərinə görə, o çıxıb gedib avtomobilində əyləşmişdir. Mübahisənin nədən ibarət olması barədə məlumatı olmamışdır. Daha sonra isə post patrul xidməti əməkdaşları onu çağıraraq Polis Şöbəsinə aparmışlar və orada heç bir əsas olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X1 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində Beyləqan şəhər ərazisində 6309 çağırışlı avtopatrulla digər polis əməkdaşları ilə xidmətdə olduqları zaman Beyləqan şəhər ərazisində yerləşən dairədə “Mercedes” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun hərəkət istiqamətində avtomobili saxlayaraq bir nəfər şəxslə mübahisə etdiyini görüb, onlara yaxınlaşmışlar. Sürücü ilə danışıq zamanı ağzında spirt qoxu iyisi gəldiyini hiss edib, alkotestden keçirtmək istəmişlər, əvvəl etiraz etsə də daha sonra alkotestdən keçmiş sərxoş olduğu müəyyən edilmişdir. Bu zaman onlar sürücü sərxoş olduğu üçün nəqliyyat vasitəsini duracağa aparmaq istəsələr də, sürücü mane olmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bu zaman Şəxs onlara yaxınlaşaraq, nə sübutunuz var demiş, onlar isə polisin işinə qarışmamağı bildirmişd və sonuncu gedib öz avtomobilində əyləşmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X1 ilə eyni məzmunda ifadə verərək Yusif İbrahimlinin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirmişdir ki, onunla polis əməkdaşları arasında olan mübahisə zamanı Şəxs onlara yaxınlaşaraq nə olduğunu soruşmuş, polis əməkdaşları ona polisin işinə qarışmamağını bildirmişlər. Şəxs isə o sözdən sonra gedib avtomobilinə əyləşmişdir. Şəxs ilə polis əməkdaşları arasında hər hansı mübahisə baş verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022078 №-li protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə, saat 23:15-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 668 nömrəli aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunan zaman sərxoş vəziyyətdə olmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130 –cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-595/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-595/2024
21.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver