Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-598/2024 24.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X9, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili X6, Zərəçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup Qarabağ əlili, “Azpetrol” YDM-də operator işləyən, Beyləqan rayonu Yeni Mil qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X17 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:11 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar LX” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində hərəkətdə olarkən ara küçədən baş yola çıxan zaman yolayrıcını keçmə qaydalarını pozaraq X2 idarə etdiyi “Vaz 21102” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X4 məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X13 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:11 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar LX” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində hərəkətdə olarkən ara küçədən baş yola çıxan zaman yolayrıcını keçmə qaydalarını pozaraq X2 idarə etdiyi “Vaz 21102” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X4 məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisədən xəbərdar olduqdan sonra yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək yol-nəqliyyat hadisəsinin baş vermə halları araşdırılmış, araşdırma zamanı Şəxs və onun atası X12, avtomobilin Eldar tərəfindən idarə etməsi qeyd edildiyindən, bununla bağlı sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin sonra araşdırma nəticəsində avtomobilin Şəxs tərəfindən idarə edildiyi və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:11 radələrində sürücülük hüququ olmadan idarə etdiyi etdiyi “Khazar LX” minik markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində hərəkətdə olarkən ara küçədən baş yola çıxan zaman yolayrıcını keçmə qaydalarını pozmuş və X2 idarə etdiyi “Vaz 21102” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Hadisə zamanı həyəcanlı olduğundan avtomobili Eldar Cəfərovun idarə etməsi barədə yalan məlumat vermişdir. Əməlindən peşmandır, vətən müharibəsi iştirakçısıdır. 2-ci qrup əlil olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10:11 radələrində özünə məxsus “Vaz 21102” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində hərəkətdə olan zaman “Khazar LX” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara küçədən baş yola çıxan zaman yolayrıcını keçmə qaydalarını pozaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, oğlu Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:11 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Khazar LX” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində hərəkətdə olarkən ara küçədən baş yola çıxan zaman yolayrıcını keçmə qaydalarını pozaraq X2 idarə etdiyi “Vaz 21102” minik markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X4 məxsus avtomobilə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsindən sonra hadisəsinin baş verdiyi yerə YPX əməkdaşları gəlmiş və hadisənin baş verməsi hallarını araşdırmışdır. Hadisə zamanı hər iki avtomobildə olan şəxslərdən heç biri xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” minik markalı, **-CT-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxsdur. AD seriyalı 094489 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21102” minik markalı, **-BU-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. xx.xx.2024-cü il tarixli etibarnamənin surətin görünür ki, X1 mülkiyyətində olan **- BU-*** dövlət dövlət qeydiyyat nişanlı, “VAZ 21102” minik markalı avtomobilin idarə edilməsi Timurxan İbrahimova etibar edilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Cəfərov X10 rayonu Milabad qəsəbəsi ərazisində ara küçədə “Khazar LX” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq hərəkətdə olan “Vaz 21102” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206208, 211.1,221, 227, 229, 232-1,251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4-332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2-339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368-379, 381-383, 387-388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 562.1 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401-404, 406-409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1,441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464-466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479- 481,482.1,496.2, 499.2, 502-504, 506-508, 510, 511, 513, 515-517, 517-1, 517-2, 520, 523, 525-535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549-554, 558-561, 562.2, 563.2, 567-569, 571, 573, 574, 590-592, 592-1, 594-596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə,ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Beyləqan Rayon Polis Şöbəsinə göndərilməli və Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Beyləqan Rayon Polis Şöbəsinə göndərilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-598/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-598/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver