Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-599/2024 24.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X4, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızının iştirakları ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonu Tatalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:04 radələrində sərxoş vəziyyətdə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1-də yaşayan arvadı Zərərçəkmiş şəxs qızını söyüb təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X7 izahat verərək bildirmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1-də yaşayan Qasımova X2 rayon PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə gecə saat 00:04 radələrində əri Şəxs onu söyərək təhqir etməsini bildirərək bu barədə araşdırma aparılmasını xahiş etmişdir. Müraciətlə bağlı Beyləqa rayon PŞ-nin TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı X6 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən ailə Beyləqan rayon PŞ-də mübahisəli ailə kimi qeydiyyata alınmışdır. Bu kimi hallar müxtəlif vaxtlarda bir neçə dəfə baş vermişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etmədi və izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs qızı onun arvadıdır, onunla münasibətləri soyuq olduğundan boşanmaya dair işləri məhkəmənin icraatındadır. xx.xx.2024-cü il tarixdə, gecə saat 00:04 radələrində arvadı Zərərçəkmiş şəxs yaşadığı Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evə gedərək evin pəncərəsini döyərək paltarlarını və sənədlərini istəmişdir. Zərərçəkmiş şəxs ona gözləməyini bildirmişdir. O, bir neçə dəqiqə gözləyəndən sonra Zərərçəkmiş şəxs onun paltarlarını və sənədlərini gətirmədiyinə görə əsəbləşmiş və evin kamerasını sındırmışdır. Bundan sonra həmin yerə rayon PŞ-nin əməkdaşları gəlmiş və onu sakitləşdirərək rayon PŞ-nə aparmışlar. Qırılan kameranı o, almışdır. Həmin vaxt orada qonşular olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun əridir. Əri Şəxsla münasibətləri yaxşı olmadığından boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Yaşadığı Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evi atası ona almışdır. xx.xx.2024-cü il tarixdə, saat 00:04 radələrində yaşadığı evdə olan zaman evin pəncərəsinin döyüldüyünü eşitmiş, pəncərədən baxan zaman pəncərini Şəxs döydüyünü görmüşdür. Pəncərəni açaraq Rövşəndən nə istədiyini soruşan zaman Rövşən sərxoş vəziyyətdə pənəcərinin şüşələrini və evin təhlükəsizlik kamerasını sındırmışdır. Rövşənin hərəkətləri qonşularda narahat olmuş və onun hərəkətlərinə etirazlarını bildirmişlər. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək Şəxs hərəkətləri barədə şikayət vermişdir. Bundan sonra rayon PŞ-nin əməkdaşları oraya gələrək Şəxs sakitləşdirirək aparmışlar. Şəxs şikayətçidir. Məhkəmədən qanunamuvafiq qərar verilməsini xahiş edir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:04 radələrində sərxoş vəziyyətdə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1-də yaşayan arvadı Zərərçəkmiş şəxs qızını söyüb təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən binanın 1 nömrəli mənzililin qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs qızını söyüb təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etməsi zəzərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:18-dən hesablansın. Qərarın icrası Ağcabədi Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-599/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-599/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver