Məhkəmə qərarları › İş №3(020)-6/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-6/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-6/2024 08.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində muvafiq sənədləri olmayan ov tüfəngininin daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Dünyamalılar kəndi ilə sərhəddə olan pay torpaq sahəsini sulamağa gedən zaman babasından yadigar qalmış ov tüfəngini vəhşi heyvanlardan qorunmaq üçün özü ilə götürmüşdür. Kənd mərkəzindən keçən zaman kənddə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq çiynində olan ov tüfənginin muvafiq sənədlərini istəmişdir. O, həmin ov tüfənginin ona babasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Beyləqan rayon PŞ-nin PPXB-nün sahə polis nəfəri polis serjantı İsmayıl İsmayılov ilə rayonun Dünyamalılar kəndi ərazisində xidmətdə olduqları zaman həmin ərazidə otlaq sahəsində bir nəfər şəxs əlində mülki ov tüfəngi olduğunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən ov tüfənginin müvafiq şəhadətnaməsinin olub-olmadığını soruşmuşlar. Həmin şəxs isə cavabında mülki ov tüfənginin babasından yadigar qaldığını və ona görə də tüfəngin heç bir sənədlərinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd iki lüləli 16 kalibirli, lülə nömrəsi 61440, bala qundaq nömrəsi 107665-53 və qundaq nömrəsi 1655-58 olan ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd 16 kalibirli, lülə nömrəsi 61440, bala qundaq nömrəsi 107665-53 və qundaq nömrəsi 1655-58 olan ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar