Məhkəmə qərarları › İş №3(020)-6/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-6/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-6/2025 13.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 ilə xx.xx.1984-cü ildə ailə münasibətlərinə girərək nikahlarını rəsmiləşdirmişlər. Ailə münasibətində olduqları gündən həyat yoldaşı vəfat etdiyi günə kimi ailə olaraq birlikdə yaşamışlar. Mərhum həyat yoldaşı X7 “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış və həmin avtomobili AR DİN Ağcabədi RQİTB şöbəsində onun, yəni X2 adına rəsmiləşdirərək avtomobilə “AD 094782” nömrəli qeydiyyat şəhadətnaməsi almışdır. Mərhum həyat yoldaşı X3 AC 465604 nömrəli sürücülük vəsiqəsi olmuş və yuxarıda sözügedən avtomobili idarə etmək üçün mərhum həyat yoldaşının etibarnaməsi olmuşdur. Mərhum həyat yoldaşı X7 03 noyabr 2019-cu il tarixdə kəskin ürək-tənəffüs çatışmazlığı, hipertoniya diaqnozu ilə ölmüş və ona AZ-İİ-№ 050102 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin mərhum həyat yoldaşı EQ seriyalı 12781629 saylı xx.xx.2023-cü il tarixli, qərar əsasında İXM-nin 339.1-1-ci maddəsi ilə hesablanmış 50 manat cəriməni və 30 manat dəbbə pulunu ödəmədiyinə görə barəsində Beyləqan Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən heç bir araşdırma aparılmadan AR İXMnin 529.3-cü maddəsi ilə İXP seriyalı ******* saylı, xx.xx.2023 protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati iş Beyləqan Rayon Məhkəməsində tərəfindən icraata götürülmüş və heç bir araşdırılma aparılmadan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə heç bir bildiriş göndərilmədən və ya şəxsin həyatda olub-olmaması araşdırılmadan məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(020)-737/2023 saylı qərarı ilə ölmüş şəxs, mərhum həyat yoldaşı T.Quliyev Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış və qərar icra edilməsi üçün AR DİN BDYPİ-nə və Ağcabədi RQİTBŞ-nə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-737/2023 saylı qərarı icra edilərək DİN-nin X1 müvafiq qeydlər aparılmışdır. Həyat yoldaşı X7 öldükdən sonra “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sürücülük hüququ olan oğlu tərəfindən idarə olunan zaman, xx.xx.2024-cü il tarixdə, İXM-nin 339.1-1ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə mərhum həyat yoldaşı X3 barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, EQ/ saylı, 19257003 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilərək 300 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Həmin cəriməni ödəmədiyinə görə cəriməyə 180 manat dəbbə əlavə olunaraq cərimənin məbləği 480 manata çatmışdır. Yuxarıda qeyd olunan avtomobil onun mülkiyyətində olmasına baxmayaraq avtomobilə hesablanmış qanunsuz cərimələrin çoxluğu ilə əlaqədar avtomobil üzərində sahiblik hüququ məhdudlaşmış, avtomobilin cəriməsinin çoxluğu ilə əlaqədar Beyləqan rayon PŞnin duracağına yerləşdirilmişdir. Həmin cərimələrdən polis əməkdaşları onun avtomobilini duracağa yerləşdirdikdən sonra xəbərdar olmuşdur. Buradan da, görünür ki, həmin “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil texniki şəhadətnamə ilə onun mülkiyyətindədir. Həmiçinin cərimə yazılan zaman həyat yoldaşının sözügedən dövlət qeydiyyat nişanı ilə ümumiyyətlə idarə etməyi heç mümkün də deyil. Hesab edir ki, mərhum həyat yoldaşının barəsində İXM-in qeyd edilmiş maddəsi ilə tərtib edilmiş protokol və protokol əsasında qəbul edilmiş qərar heç bir əsas olmadan tərtib edilmişdir. Belə ki, həmin maddə də, nəzərdə tutulmuş inzibati xətalar mərhum həyat yoldaşı tərəfindən törədilməmişdir. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisələrində mərhum həyat yoldaşının təqsiri yoxdur. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olduğu təqdirdə bu halların heç biri dəqiqləşdirilməmiş və mərhum həyat yoldaşı törətmədiyi inzibati xətaya görə inzibati tənbehə məruz qalmışdır. Bundan başqa həmin Məcəllənin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməli olduğu təqdirdə həmin halların heç biri sübuta yetirilməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən mərhum həyat yoldaşı X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X9 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, ailələrinə məxsus “Vaz 2106” markalı, **- BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anası X2 mülkiyyətində olmuş və anası tərəfindən mərhum atası X5 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Mərhum atasının AC 465604 nömrəli sürücülük vəsiqəsi olmuşdur. X7 03 noyabr 2019-cu il tarixdə kəskin ürək-tənəffüs çatışmazlığı, hipertoniya diaqnozu ilə ölmüş və atasına AZ-İİ-№ 050102 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Sürücülük hüququ olan qardaşı tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd olunan avtomobil idarə olunan zaman Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə mərhum atası X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək AR İXM-nin 339.1-1-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən avtomobil atasının istifadəsində deyil və həmin avtomobillə törədilmiş inzibati xətalar atası tərəfindən törədilməmişdir. Anası tərəfindən avtomobillə bağlı verdiyi etibarnamənin müddəti bitməsə də atası öldüyündən etibarnamə qüvvədən düşmüş sayılır və atası avtomobili idarə etmədiyi halda inzibati xətaya görə cərimələr əsassız yerə mərhum atasının adına yazılmışdır. Ona görə də, məhkəmədən mərhum atasının barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən mə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 11:49-də Beyləqan şəhəri, Nəsimi ərazisində "Vaz 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. Ağcabədi RQİ və TBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Vaz 2106” markalı **-BF- *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. 12 noyabr 2019-cu il tarixli, AZ-İİ-№ 050102 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 03 noyabr 2019-cu il tarixdə kəskin ürək-tənəffüs çatışmazlığı, hipertoniya diaqnozu ilə ölmüşdür. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və mərhum X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətçi X8 mülkiyyətində olan "Vaz 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün mərhum həyat yoldaşı Tofiq Quliyevə etibarnamə vermiş, Tofiq Quliyev xx.xx.2019-cu ildə ölmüş və həmin nəqliyyat vasitəsi X3 istifadəsində olmamışdır. Bu halda X3 xx.xx.2024-cü il tarixdə qeyd edilən avtomobili idarə etməməsi və şikayətdə göstərilən xüsusatlar yoxlanılmalı idi. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən «hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin qərar qəbul edilən zaman həyatda olmadığından inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən mərhum X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 105, 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən mərhum X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 18849429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar